Moskvada təcili yardım xidməti, arxiv şəkli

Moskvada tələbə qız müəmmalı xəstəlikdən öldü

45
(Yenilənib 23:42 11.08.2019)
Hərarət, qusma, diareya və göyərmədən sonra da həkimlər qıza diaqnoz qoya bilməyiblər

BAKI, 12 avqust — Sputnik. Moskvada 20 yaşlı qız səbəbi bilinməyən xəstəlikdən ölüb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Voronej Dövlət Universitetinin tələbəsi olan qız imtahanları verdikdən sonra paytaxta qayıdıb. İlk gün onun hərarəti 40 dərəcəyə qalxıb, boğazı qızarıb. Valideynləri hesab ediblər ki, bu adi boğaz ağrısıdır və həkimə müraciət etmədən simptomları müalicə etməyə başlayıblar.

Sabahı gün qızda qusma və qarınağrısı başlayıb. Ailə təcili yardım çağırmalı olub. Həkimlər tələbə qıza müalicə yazıblar. Ancaq tezliklər qızın əl və ayaqları göyərib, əzələlərində ağrılar başlayıb, hətta ağrı elə güclüymüş ki, zavallı tərpənə bilmirmiş. Evə çağırılan terapevt simptomlarda qeyri-adi heç nə tapmayıb və bədənin susuzlaşmasına qarşı dərman vasitələrini qəbul etməyi davam etdirməyi tapşırıb.

Bundan sonra qızın əl və ayaqları soyuyub, onlar hissiyyatını itirib. Sonda ağzı da keyiyib. Evə çağırılan həkim deyib ki, qız komaya düşüb və reanimasiya həkimlərini çağırıb. Ancaq həkimlər tələbəni xilas edə bilməyiblər. Ölüm səbəbini ekspertiza ortaya çıxaracaq.

45
Teqlər:
müəmma, xəstəlik, tələbə, Moskva
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğandan müjdə: "Ən geci aprel ayına qədər ..."

9
(Yenilənib 13:55 25.11.2020)
Türkiyə Prezidenti: İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik.

BAKI, 25 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndlə bağlı önəmli mərhələyə gəlindiyini açıqlayıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim partiyanın parlament qrup toplantısında çıxışı zamanı bildirib.

"İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik. Maska, məsafə, təmizlik qaydalarına riayət edərsək, digər tədbirlərə ehtiyac qalmaz", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndin yaradılmasında da önəmli irəliləyişə nail olunduğunu bildirib:

"Ən gec aprel ayında öz peyvəndimizi tətbiq etmə səviyyəsinə qədər inkişaf etdirməyi planlaşdırırıq. Öz istehsal etdiyimiz peyvəndi bütün insanlığın xidmətinə təqdim etmək düşüncəsindəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

9
Teqlər:
Ərdoğan, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, korona virusu, Koronavirus, epidemiya, COVID-19
Yerevan mənzərəsi

Yerevanda keçiriləcək iclas seçki ləğv olundu

4
Elmar Qasımov Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinisiplərinə, eləcə də Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinə də hörmətsizlik edən bir şəxsin Qara Dəniz Universitetlər Şəbəkəsinə Prezident seçilməsinə etiraz edib.

BAKI, 25 noyabr — Sputnik. Bakı Ali Neft Məktəbinin rektoru, Qara Dəniz Universitetləri Şəbəkəsinin üzvü Elmar Qasımovun müraciətləri nəticəsində Amerika Ermənistan Universitetinin rektoru Karin Markides Qara Dəniz Universitetləri Şəbəkəsinə Prezident seçilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbindən verilən məlumatda bildirilib.

Orada qeyd olunur ki, cari ilin oktyabrında Yerevan şəhərində keçirilməsi nəzərdə tutulan Qara Dəniz Universitetlər Şəbəkəsinin Rektorlar Şurasının konfransı da ləğv olunub.

2020-2022-ci illərdə Qara Dəniz Universitetləri Şəbəkəsinə Prezidentlik etməsi üçün namizədliyi irəli sürülmüş K.Markides 2019-cu ildə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfər edib.

E.Qasımov Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinisiplərinə, eləcə də Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinə də hörmətsizlik edən bir şəxsin Qara Dəniz Universitetlər Şəbəkəsinə Prezident seçilməsinə etiraz edib.

Rektorun Baş katib Prof. Eden Mamuta, eləcə də İcraçı şuranın üzvü olan 13 ali məktəbin rektoruna ünvanladığı rəsmi müraciətlər nəticəsində xanım Markidesin sözügedən qurumun prezidenti seçilməsinin və Rektorlar Şurasının konfransının Yerevanda keçirilməsinin qarşısı alınıb.

Məlumat üçün bildirək ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurumdur. Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 120-dən artıq ali təhsil müəssisəsi üzvdür.

Yeni prezident seçkilərinin ləğv edilməsi ilə şəbəkənin hazırkı prezidenti professor Perikles Mitkasın səlahiyyət müddəti də daha 1 il uzadılıb.

4