Abdullah Öcalanın şəkli ks olunan bayraqlar

Sülh istəyinin pərdəarxası, İsrail yunanlar Türkiyəyə qarşı

1727
(Yenilənib 23:48 10.08.2019)
Türkiyə dövləti bu gün, Suriyanın şimalının böyük bir hissəsini kürdlər vasitəsilə rəsmən işğal etmiş və PKK, PYD, YPG kimi terror ünsürlərinə təlim keçən, silahlandıran ABŞ-la qarşı-qarşıyadır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Artıq bir neçə gündür ki, Türkiyədə ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalan sensasion bəyanatı müzakirə olunur.

Terror təşkilatının lideri vəkilləri vasitəsilə yayımladığı bəyanatında kürd yaraqlıları və Türkiyə arasında silahlı münaqişəni dayandırmağa hazır olduğunu bildirib.

PKK liderinin bu bəyanatı Türkiyədə bir mənalı olaraq qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan qardaş ölkədə baş verənlər barədə türkiyəli professor, Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztəkin fikirlərini öyrənib.

Türkiyəli professor qeyd edib ki, 30 ildən artıq müddətdən bəri türk millətinə qarşı əli qanlı, bir uşaq qatili kimi hərəkət edən Abdullah Öcalan, həbs olunub gətirildiyindən gündən Türkiyəyə xidmət etmək istəyir: "Buna icazə verin demək istəyir. Yüksək təhlükəsizlik şəraitində həbsdə saxlanılan bu şəxs Türkiyə ilə terror qruplaşmaları arasında vasitəçi olmaq gücünü haradan alır? O kukla idi və onun missiyası bitdi. Görəsən PKK və onu dəstəkləyən qruplar üçün bu gün Öcalan kimdir və hansı sifətdədir? O, öz ağlınca vasitəçilik edəcək və özünə divident qazanacaq. Türkiyə dövləti daha öncə bu terrorçu üzərindən bir qədər səmərə əldə elə biləcəyini düşündü. Fəqət nə oldu? Şəhərlərimizdə terror təşkilatı tərəfindən terror aktları törədildi".

Aydınlar Ocağının sədri xartladıb ki, terrorçudan heç bir vaxt kömək ummazlar: "İlan ilandır və onun işi hər zaman çalmaqdır. Bu cani heç bir vaxt Türkiyə Cümhuriyyəti tərəfindən tərəf kimi qəbul oluna bilməz. Terroru bitirmə səlahiyyətinə və gücünə sahib olan, terror bitirsin. Terroru bitirəcək şəxsə kimsə bu terror niyə bitirdin deməz!".

İbrahim Öztək vurğulayıb ki, Türkiyə dövləti bu gün, Suriyanın şimalının böyük bir hissəsini kürdlər vasitəsilə rəsmən işğal etmiş və PKK, PYD, YPG kimi terror ünsürlərinə təlim keçən, silahlandıran ABŞ-la qarşı-qarşıyadır: "Birləşmiş Ştatların Suriyada fəaliyyəti Türkiyə üçün təhdiddir. Suriyada ABŞ-ın aktivliyi və gücü Türkiyəni iqtisadi olaraq təzyiq altına almağı, şantaj ünsürləri isə Türkiyəyə baha nə sata bilirəm fikrinə xidmət edir. Təsadüfü deyil ki, son Yaponiya görüşündə Birləşmiş Ştatlar prezidenti Tramp "S-400", "F-35" kimi məsələlər deyərkən, 100 ədəd "Boeing" satmış bir tacirdir. Öcalanın son çıxışı da, görəsən özümə bir pay qopara bilərəmmi kimi xəyaldır".

Aydınlar Ocağının sədrinin sözlərinə görə, Türkiyənin 8-9 il öncə Fərat çayının şərqinin formalaşdırılması prosesində səhvləri olub: "Terror ünsürlərindən istifadə edərək Birləşmiş Ştatların formalaşdığı Rojovo dəhlizini, ABŞ maraqlarının Aralıq dənizinə dair maraqlarını vaxtında hesablaya bilmədik. İndi biz görürük ki, Birləşmiş Ştatlar üçün on baza qurduğu Suriya torpağından daha çox dəniz əhəmiyyətlidir. Çünki dünyanın ən böyük neft-qaz yataqları Aralıq dənizi və Kipr adası ətrafındadır. ABŞ indi də boş durmayacaq, bu səfər İsrail, yunanlarla bir araya gələrək Türkiyəni sıxışdıracaq. İllər öncə dediyim kimi Yaxın Şərqdə 100 il daha neftin qiyməti qanla ödənəcək".

1727
İspaniyada epdimioloji vəziyyət

İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır ekspert

18
"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar".

BAKI, 27 may — Sputnik. İspaniyada ikinci koronavirus epidemiyasının payızda baş verməsi demək olar ki, qaçılmazdır, lakin hökumətin ağır karantinin qarşısını almaq və problemi digər yollarla həll etmək üçün vaxtı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navarra Universitetinin mikrobioloqu Gilyermo Martinez de Texada RİA Novosti-yə bildirib.

"Bir çox mütəxəssislər inanırlar ki, epidemiya oktyabrda yenidən baş verəcək. Mən də bu fikirdəyəm. Çox güman ki, belə olacaq. Amma yüz faizlik əminlik ola bilməz. Onun birinci epidemiya kimi güclü olub-olmayacağı da aydın deyil", - Martinez de Texada deyib.

Onun sözlərinə görə, hazırda cənub yarımkürəsində payızdır və orada xəstələrin sayında kəskin artım baş verib.

"Bu qrip kimi mövsümi bir virusa oxşayır", - mikrobioloq deyib.

İspaniya hakimiyyət orqanlarının yeni dalğaya hazırlaşmaq üçün bir neçə ay vaxtı var, lakin ölkə çətin ki, mart-aprel aylarında olduğu kimi sərt karantin tətbiq etsin.

"Bu, çox ağır olardı. Cənubi Koreya və Tayvan bütün əhalini karantinə salmadılar. Onlar tez reaksiya verməyə imkan verən sistemləri tətbiq etdilər", - Martinez de Texada deyib.

O qeyd edib ki, hər halda, epidemiyanın ikinci dalğasına həm hakimiyyət, həm tibb işçiləri, həm də ölkə sakinləri martdakından daha hazırlıqlı olacaqlar.

"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar", - mikrobioloq əlavə edib.

Bununla yanaşı, o, ölkənin payız və qışda barları, mağazaları və s. yenidən bağlamaq məcburiyyətində qalacağını istisna etməyib.

18
Arxeoloji qazıntılar, arxiv şəkli

Çində qədim tapıntı - İçində olduğu bilinmir

34
Alimlərin dəyərləndirməsinə görə, kuzənin 2 minə yaxın yaşı var. Kuzə qaz başları bəzədilib, içində isə naməlum sarı-qəhvəyi maye olub.

BAKI, 26 may — Sputnik. Çində içində naməlum maye olan qədim bürünc kuzə tapılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Henan əyalətindəki Sanmenxia şəhərinin yenidən qurulması zamanı bir qab, digər əşyalar və nefrit qılıncları olan bir məzar tapılıb.

Arexeoloqların sözlərinə görə, məzarın Tsin sülaləsi dövründə (221-207 bizim eradan əvvəl) tikilmə ehtimalı var. O yerli məmurlardan birinə aid ola bilər.

Alimlərin dəyərləndirməsinə görə, kuzənin 2 minə yaxın yaşı var. Kuzə qaz başları bəzədilib, içində isə naməlum sarı-qəhvəyi maye olub. Hazırda kimyaçılar onun tərkibini öyrənir.

34

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb

0
Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

BAKI, 27 may - Sputnik. Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağaələsgər oğlu “BMV” markalı avtomaşınla İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. 

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

0