Stomatoloq

Plomba ehtiyac qalmayacaq - alimlər dişin təbii bərpası yolunu tapıblar

351
(Yenilənib 19:34 09.08.2019)
Məhlulun istifadəsi diş ətinin sağalmasına və dentinin bərpasına səbəb olub

BAKI, 10 avqust — Sputnik. Britaniyalı molekulyar bioloqlar siçanlarda kəsici dişlərin böyüməsini müşahidə ediblər və bu prosesi idarə edən molekulu aşkar ediblər. Sputnik Azərbaycan "Nature Communications" jurnalına istinadən xəbər verir ki, onların tədqiqatı dişlərin "təbii" yolla bərpasına imkan verən metodikaların yaradılmasına kömək edəcək.

"Bunlar hələ ki, hamısı laboratoriya sınaqlarıdır və insanın müalicəsində bu cür metodikaları tətbiq etmək üçün hələ çox iş görməliyik. Digər tərəfdən bunun regenerativ tibdə böyük bir sıçrayış olduğunu deyə bilərik ki, bu da yaxın gələcəkdə xəstələrin həyatını köklü şəkildə dəyişəcək", - Britaniyanın Plimut Universitetinin dosenti Binq Hu deyib.

Binq Hu və onun həmkarları tədqiqat zamanı "Dlk1" molekulunu aşkar ediblər. Bu molekul gövdə hüceyrələri tərəfindən dentin (dişin bərk toxumasının) istehsalını idarə edir. "Dlk1" heyvanlara imkan verir ki, həyat boyu dişlərini optimal vəziyyətdə və eyni uzunluqda saxlasınlar.

Buna görə də bioloqlar bu molekulu zədələnmiş insan dişlərinin regenerasiyasında istifadə edə biləcəklərini güman edirlər. Bu mülahizəni yoxlamaq üçün alimlər bir neçə siçovulun azı dişlərində dəliklər açaraq oraya iki məhlul töküblər. Birinci məhlul adətən diş siniri çıxarılandan sonra təmizlənmiş kanalların doldurulması üçün istifadə olunan preparat, ikinci isə bu preparatın "Dlk1" hüceyrəsi ilə qarışığı olub.

İkinci məhlulun istifadəsi diş ətinin sağalmasına və dentinin bərpasına səbəb olub. Bu da sübut edib ki, "Dlk1" dişlərin bərpasında istifadə oluna bilər.

Binq Hu və onun həmkarları ümid edirlər ki, keçirdikləri sınaqlar gələcəkdə dişlərin tam bərpasına imkan verən texnologiyaların yaranmasına gətirib çıxaracaq.

351
Teqlər:
məhlul, tədqiqat, siçan, səhiyyə, diş
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

16
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

16