Donald Tramp

Tramp Vaşinqtonu tərk elədi

77
(Yenilənib 22:50 09.08.2019)
Avqust - ABŞ-da ənənəvi olaraq siyasi sakitlik ayıdır

BAKI, 9 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp cümə günü Vaşinqtonu tərk edərək məzuniyyətə çıxıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, o, istirahətini özünün Nyu-Cersi ştatındakı Bedminster qolf-klubunda keçirəcək.

ABŞ Prezidenti Donald Tramp
© REUTERS / Carlos Barria

Dövlət başçısının cümə gününə olan rəsmi proqramına əsasən, Tramp öncə Nyu-York ştatında iki tədbirə qatılaraq 2020-ci ildəki prezident seçkiləri kampaniyası üçün vəsait toplanması çərçivəsində öz tərəfdaşları qarşısında çıxış edəcək. Axşam isə o, Nyu-Cersidəki iqamətgahına getmək niyyətindədir.

Rəsmi olaraq Ağ ev Prezidentin məzuniyyəti barədə xəbər yaymayıb, ancaq Amerika KİV-in məlumatına görə, Trampın tətili 10 gün çəkəcək. Buna baxmayaraq, Associated Press yazıb ki, bu müddət ərzində Prezidentin bir neçə rəsmi tədbiri və səfərləri planlaşdırılıb.

Avqust - ABŞ-da ənənəvi olaraq siyasi sakitlik ayıdır. Məsələn, avqustun 4-də konqressin hər iki palatası bir aylıq məzuniyyətə çıxıb.

77
Teqlər:
məzuniyyət, ABŞ, Vaşinqton, Donald Tramp