Açinskdə hərbi anbarda partlayış, arxiv şəkli

Rusiya hərbi poliqonunda ikinci partlayış: yaralılar var

36
İldırımötürənin sıradan çıxması səbəbindən hərbi sursatların olduğu stellaja ildırım düşüb və yanğın başlayıb

BAKI, 9 avqust — Sputnik. Rusiya Federasiyası Krasnoyarsk diyarının Açinsk rayonundakı artilleriya cəbbəxanasının yaxınlığında, dəmiryolunun yanında yeni partlayış olub, 9 nəfər yaralanıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə regionun ekstremal xidmətlərindən məlumat veriblər.

"Kamenka yaşayış məntəqəsindən 500 m şimalda yük qatarının hərəkəti zamanı qığılcım, sonra isə zərbə dalğası meydana gəlib, nəticədə Uluy-Açinsk dəmiryolundakı qatarların şüşələri partlayıb tökülüb", - məlumatda deyilir. 

Agentliyin müsahibinin sözlərinə görə, xəsarət alanlardan 4 nəfər xəstəxanaya çatdırılıb. Açinsk rayonlararası xəstəxanasından RİA-Novosti-yə bildiriblər ki, yaralıların vəziyyəti orta-ağırdır. Digərləri ambulator müalicəyə buraxılıblar. Bütün yaralılar barotravma və qəlpə yaraları alıblar.

Dəmiryolunun müayinəsi zamanı relslərin zədələnməsi və artilleriya mərmisi aşkar edilib. Hadisə yerinə Müdafiə Nazirliyinin mühəndis qrupu göndərilib. 

Krasnoyarsk diyarının hökumətinin rəsmi internet səhifəsində bildirilir ki, Kamenkada fövqəladə vəziyyət nəticələrinin aradan qaldırılması və minadan təmizləmə əməliyyatı zamanı mərmi partlayıb, yaralananların da hamısı hərbçilərdir. Bundan başqa, bir avtomobil də ziyan görüb.

Krasnodar vilayətində hərbi təlim, arxiv şəkli
© Sputnik / Nikolay Khizhnyak

Diyarın fövqəladə hallar üzrə operativ qərargahı Kamenka əhalisini Malinovka qəsəbəsinə köçürməyi qərara alıb. Bunun üçün Açinskə 11 avtobus göndərilib.

İçində təxminən 800 sərnişinin olduğu Abakan-Moskva və Novosibirsk-Abakan sərnişin qatarlarını  Krasnoyarskdan əlavə yolla göndərmək planşlaşdırılır.

Mərkəzi hərbi dairənin mətbuat xidməti öz növbəsində bildirib ki, Açinsk yaxınlığındakı hərbi anbarda yanğın olub. İldırımötürənin sıradan çıxması səbəbindən hərbi sursatların olduğu stellaja ildırım düşüb və yanğın başlayıb. Qurumun məlumatına görə, anbarın ştatına daxil olmayan, nəzarət-keçid məntəqəsinin mühafizə işçisi xəsarət alıb, onun travmaları elə də qorxulu deyil, bədəninin bir neçə yerində şüşə kəsikləri var.

36
Teqlər:
anbar, hərbi hissə, Partlayış, Rusiya
Əlaqədar
Rusiyada hərbi hissədə partlayış, əhali təcili təxliyə olunur
Rusiyada hərbi hissədə partlayış baş verib: ölən və yaralananlar var
Partlayışa görə Rusiyada minlərlə adam təxliyə olundu
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

136
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

136