SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zelenskinin Türkiyə səfəri Azərbaycana nə verə bilər - RƏY

© © Murat Kula/Presidential Press Office/Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган и президент Украины Владимир Зеленский
Президент Турции Реджеп Тайип Эрдоган и президент Украины Владимир Зеленский - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Ukraynadan silah alması mümkünsüz kimi görünür

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə ilk rəsmi səfəri olduqca maraqla gözlənilirdi. Düzdür buna qədər Vladimir Zelenski bir neçə dəfə, hətta prezident seçkilərində qələbə qazandıqdan sonra belə Türkiyəyə getmişdi. Lakin bu səfərlərin heç bir rəsmi səfər xarakteri daşımırdı. Ötən gün isə Vladimir Zelenski ilk dəfə Türkiyəyə rəsmi səfərə gəldi. Özü də səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşdi. Hər iki ölkənin Azərbaycanla sıx münasibətlərə malik olduğundan bu səfərə Azərbaycandan da maraq böyük idi.

Kondoliza Rays - Sputnik Azərbaycan
Keçmiş ABŞ rəsmisi Ukraynanın NATO-ya qoşulmaq şanslarından danışdı

Türkiyə və Ukrayna prezidentləri təkbətək və geniştərkibli görüşlərdə bir sıra aktual məsələləri müzakirə etsələr də, xüsusi diqqət ölkələr arasında iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinə, genişləndirilməsinə yönəlib. Təsadüfi deyil ki, görüşdən sonra prezidentlərin birgə keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti vurğulayıb: "Ölkələr arasındakı iqtisadi və ticari münasibətlərimizi genişləndirmək istiqamətində atacığımız addımları gözdən keçirdik. Ölkələrimiz arasında uzun illərdir ki, azad ticarət razılaşması müzakirə olunur. Bu müzakirələri nəticələndirməyin vaxtıdır. 2018-ci ildə Türkiyə - Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardır. Bizim hədəfimiz 10 milyard dollardır".

Ərdoğan çıxışının sonunda qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski də bu qənaətdədir.

Sputnik Azərbaycan Zelenskinin Türkiyə səfəri və onun nəticələrini dəyərləndirmək üçün məsələ ilə bağlı Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Səlçuk Çolakoğlu ilə həmsöhbət olub.

Ekspert vurğulayıb ki, Türkiyə və Ukrayna arasında 1990-cı illərin əvvəlindən başlayan və ildən-ilə dərinləşən münasibətlər mövcuddur: "Ankara və Kiyev arasında münasibətlərdə heç vaxt kəskin dəyişikliklər olmayıb, əlaqələr müntəzəm olaraq inkişaf edib. 2011-ci ildə isə ilk dəfə Türkiyə - Ukrayna arasında Yüksək Səviyyəli Strateji Şuranın iclası keçirilib və müntəzəm olaraq bu Şuranın iclası keçirilir. Bununla da Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə son səfəri ölkələr arasında münasibətləri daha da dərinləşdirəcək".

Səlçuk Çolakoğlu ölkələr arasında ticarət dövriyyəsinin növbəti illərdə 10 milyard dollara çatdırılmasına dair hər iki ölkə prezidentinin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu hədəfə nail olmaq olduqca çətindir: "Türkiyə ilə Ukrayna arasında son illərdə ticarət dövriyyəsi bir qayda olaraq 4 – 4,5 milyard dollar aralığında olub. Türkiyə iqtisadiyyatının 2019-cu ildə sabit və ya -1 səviyyəsində geriləcəyi və önümüzdəki bir neçə il ərzində 3% böyüyəcəyi nəzərə alınarsa, ölkələr arasında 10 milyard ticarət dövriyyəsini həcmini əldə etmək olduqca çətindir. Lakin Türkiyə və Ukrayna arasında sərbəst ticarət razılaşması imzalanıb həyata keçirilərsə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmində sıçrayış qeydə alına bilər". 

Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Ukraynada jurnalistləri qorumaq üçün xüsusi komanda yaradılır

Türkiyənin Ukraynadan silahlar alması perspektivinə toxunan mərkəzin direktoru yaxın gələcəkdə belə bir şeyin gündəlikdə olmadığını bildirib: "Türkiyə hər nə qədər Rusiyadan "S-400" zenit-raket sistemləri alsa da, ölkənin silah texnologiyası və müdafiə sənayesi NATO sistemlərinə uyğundur. Bununla da, Türkiyənin NATO müdafiə sənayesindən çox da kənara çıxması qısa dönəmdə mümkün deyil. Bu mərhələdə AKP hökumətinin NATO sisteminə uyğun olmayan yeni silah və texnologiya alma məsələsində daha təmkinli olacağını deyə bilərəm".

Səlçuk Çolakoğlu xatırladıb ki, Türkiyə həm Azərbaycan, həm də Ukrayna ilə olan münasibətlərinə böyük əhəmiyyət verir: "Bu mənada Azərbaycan və Ukrayna arasında münasibətlərin də yaxşı səviyyədə olması Türkiyə baxımından olduqca önəmli ünsürdür. Son vaxtlar Türkiyə bəzi güclü təşəbbüslərlə çıxış etməyə başlayıb. Bunlardan biri Türkiyə-Rumıniya-Polşa, digəri isə Türkiyə-Pakistan-Malayziya üçtərəfli əməkdaşlıq şuralarıdır. Bu üçtərəfli şuraların xarici işlər nazirləri müəyyən zamanlarda bir araya gələrək regional və beynəlxalq məsələlərdə ortaq hərəkət etmək imkanlarını nəzərdən keçirirlər. Belə bir üçtərəfli iş birliyi Türkiyə-Azərbaycan-Ukrayna arasında da qurula bilər".

Xəbər lenti
0