Zelenski Ərdoğanı Ukraynaya dəvət etdi

© © Kayhan Ozer/Presidential Press Office/Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган и президент Украины Владимир Зеленский
Президент Турции Реджеп Тайип Эрдоган и президент Украины Владимир Зеленский - Sputnik Azərbaycan
Abunə olmaq
"Ukrayna və Türkiyə mümkün qədər tezliklə azad ticarət zonası barədə razılığa gələcəklər və bütün lazımi sənədləri hazırlayacaqlar"

Bakı, 8 avqust - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski türk həmkarı Rəcəb Tayyip Ərdoğanı Ukraynaya dəvət edib. 

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Zelenski avqustun 7-də Türkiyəyə iki günlük rəsmi səfərə gəlib. Səfər zamanı onun Türkiyə Prezidenti R.T.Ərdoğan və Konstantinopol patriarxı Varfolomeylə görüşü nəzərdə tutulub. 

Vladimir Zelenski - Sputnik Azərbaycan
Zelenski Ərdoğanla görüş öncəsi Putinə zəng etdi

"Mən Sizi (Ərdoğanı - red.), həmkarlarınızı Ukraynaya dəvət edirəm", - Ankarada prezidentlərin birgə brifinqində Zelenski deyib. Brifinqi Prezidentin komandası Facebook-da canlı yayımlayıb. 

Zelenski ümid etdiyini bildirib ki, "Ukrayna və Türkiyə mümkün qədər tezliklə azad ticarət zonası barədə razılığa gələcəklər və bütün lazımi sənədləri hazırlayacaqlar". 

Ukraynanın baş naziri Vladimir Qroysman yanvarda 2019-cu ildə Türkiyə ilə azad ticarət zonası barədə müqavilə bağlanması məsələsini bitirməyi qarşıya məqsəd qoymuşdu. Bu məsələ 2016, yaxud 2017-ci ildə həll olunmalı idi, amma tarif məsələlərində fikir ayrılıqları buna mane olurdu. Kiyev bildirmişdi ki, kənd təsərrüfatı mallarına vergilərin ləğv edilməməsi halında Türkiyə ilə azad ticarət zonası barədə danışıqlar aparmağın əhəmiyyəti yoxdur.

Xəbər lenti
0