Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin Türkiyə səfəri, nələr gözlənilir

15
(Yenilənib 11:05 07.08.2019)
Zelenskini Türkiyəyə Ərdoğan dəvət edib

BAKI, 7 avqust — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski 7-8 avqust tarixlərində Türkiyəyə səfər edəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski
© AFP 2020 / SERGEI SUPINSKY

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər Türkiyə prezidentinin dəvəti əsasında gerçəkləşəcək.

Məlumata əsasən, Zelenski Ankarada ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, İstanbulda isə Konstantinopol Patriarxı I Varfolomeylə görüşəcək.

Səfər zamanı Zelenskinin, həmçinin Ukrayna və Krım-tatar icmasının nümayəndələri ilə də görüşü planlaşdırılıb.

Bundan əlavə, Zelenskinin Türkiyə - Ukrayna Biznes Forumuna da qatılacağı gözlənilir.

15
Teqlər:
səfər, Türkiyə, Ukrayna, Vladimir Zelenski