Ay, arxiv şəkli

Hindistanın Aya göndərdiyi raket "yolüstü" Yerin fotoşəkillərini çəkdi

35
(Yenilənib 20:01 05.08.2019)
44 metr uzunluğu olan raket yalnız sentyabrın 7-dən sonra Ayın səthində oturacaq

BAKI, 6 avqust — Sputnik. Hindistanın kosmik agentliyi ("ISRO") Aya buraxdığı raket tərəfindən Yerin çəkilmiş fotoşəkillərini paylaşıb.

Sputnik Azərbaycan "ISRO"nun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, agentlik iyulun 22-də Aya göndərdiyi raketə qoşulmuş "LI4" kamerası ilə 5000 kilometr məsafədən Yerin fotoşəkillərini çəkə bilib.

Qeyd olunur ki, 44 metr uzunluğu olan raket yalnız sentyabrın 7-dən sonra Ayın səthində oturacaq.

"Şəkillər çox aydındır və kosmik gəmi normal vəziyyətdədir", - ISRO sədri Kaylasavadivu Sivan "NDTV" kanalına deyib.

35
Teqlər:
raket, Hindistan, Yer, Ay, kosmos