Nifrətə yox aksiyası, Texas

Qanlı həftəsonu: "Ruhi xəstələr" amerikalılara dəhşət yaşatdılar

458
(Yenilənib 15:21 05.08.2019)
Şənbə və bazar günləri El Paso və Deyton şəhərlərində baş vermiş silahlı insidentlərdə ən azı 29 nəfər həlak olub

BAKI, 5 avqust — Sputnik. Kütləvi silahlı insidentlər psixi xəstəlik problemləri ilə bağlıdır. 

Sputnik Azərbaycan "Associated Press" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ohayo və Texas ştatlarında şənbə və bazar günləri baş vermiş atışmalarla bağlı danışarkən jurnalistlərə deyib.

Tramp atəş açanların "çox ağır ruhi xəstə" olduqlarını qeyd edib. O, kütləvi atışma probleminin artıq neçə ildir ki, həll edilmədiyini və bunun artıq qarşısını almağın lazım olduğunu bildirib.

ABŞ prezidenti, həmçinin baş vermiş atışmaları pisləyərək, "ölkəmizdə nifrətə yer yoxdur" deyib. O, bu məsələni baş prokuror, Federal Təhqiqatlar Bürosunun direktoru və Konqres üzvləri ilə müzakirə edəcəyini bildirib.

Şənbə və bazar günləri Texasın El Paso və Ohayonun Deyton şəhərində baş vermiş atışmalarda ən azı 29 nəfər həlak olub. Hər iki insidentdə ümumilikdə 52 nəfərin yaralandığı bildirilir.

El Pasoda yerləşən "Walmart" ticarət mərkəzində atışmanı 21 yaşlı amerikalı Petrik Kruziosun başladığı məlum olub. Hücumdan əvvəl "Twitter"də yerləşdirdiyi manifestində Kruzios bu ilin martında Yeni Zelandiyada məscidə edilmiş terror hücumunu dəstəklədiyini bildirib və mühacirlərə görə ABŞ mədəniyyətinin və iqtisadiyyatının zərər çəkdiyini iddia edib.

Deytonda baş vermiş atışmanı isə 24 yaşlı Konnor Bettsin başladığı bildirilir. Verilən məlumatlara görə, həlak olanlar sırasında onun bacısı da olub.

Bundan başqa, Çikaqoda yerləşən uşaq meydançasında yeddi nəfərin yaralanması ilə nəticələnmiş atışma baş verib. Hücum edən şəxsin saxlanılmasına dair məlumat verilməyib.

Texasın Qərb rayonunun Baş Prokuroru Con Bəş isə bildirib ki, El Paso atışması artıq daxili terror aktı kimi qiymətləndirilir.

458
Əlaqədar
XİN ABŞ-dakı silahlı insidentlərlə bağlı başsağlığı verib
ABŞ-da iki atışmada 27 nəfər ölüb
Məşhur ticarət mərkəzində atışma - ölənlər və xeyli yaralı var
Texasda atışmada ölənlərlə yaralıların sayı artdı - Video
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

1
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

1
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Gürcüstanda polis işçiləri, arxiv şəkli

İnsanları bankda girov saxlayan adam təslim oldu

16
Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb

BAKI, 21 oktyabr - Sputnik. Gürcüstanın Zuqdidi şəhərində bankda 20-yə yaxın insanı girov götürən kişi polisə təslim olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Bildirilir ki, xüsusi əməliyyat başa çatıb, hüquq-mühafizə işçiləri girovların hamısını azad ediblər, onları girovluqda saxlayan isə əlləri havada binadan çıxarılıb.

Qeyd edək ki, əlində qumbara və avtomat olan şəxs günorta saatlarında bank filialına daxil olaraq oradakı əməkdaşları və müştəriləri girov götürmüşdü. O, 500 min dollar, avtomobil və helikopter tələb etmişdi.

Girovlardan birinin sözlərinə görə, cinayətkarla birlikdə otaqda təxminən 19 nəfər olub.

Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb.

16