Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu

Türkiyə Yunanıstana mesaj göndərdi - Avropa bizə hakim deyil

20
(Yenilənib 18:39 05.08.2019)
Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib

BAKI, 5 avqust — Sputnik. Şərqi Aralıq dənizi bölgəsinə maraq göstərənlərə Türkiyənin mesajı təkdir: "Bizimlə işbirliyi qurun, hər kəs qazansın". Sputnik Azərbaycan "Habertürk"ə istinadən xəbər verir ki, bunu bu gün Ankarada keçirilən 11-ci səfirlər konfransında çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bizim istəyimiz təbii sərvətlərin bərabər şəkildə paylanmasıdır. Siyasi bir təşkilat olan Avropa İttifaqı məhkəmə kimi hərəkət edə bilməz. Kipr bizim milli mübarizəmizdir. Heç bir çözüm modelindən imtina etmirik, heç bir modeldə israr etmirik. Yunanıstanı bölgədə bütün məsələlərdə qazan-qazan (win-win - red.) prinsipi çərçivəsində ortaq olaraq görmək istəyirik. Gəlin xalqlarımızın maraqları üçün birlikdə çalışaq. Bu bölgəyə maraq göstərən hər kəsə mesajımız təkdir: bizimlə işbirliyi anlamında görüşün, hər kəs qazansın", - deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, iyulun 15-i Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyalar qəbul edib.

Belə ki, qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib.

S-400
© AP Photo / Turkish Defence Ministry

Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.

Nazirlər eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər.

"Focus" nəşri yazır ki, Türkiyə tərəfi öz mövqeyini dəyişməsə, Avropa İttifaqı geoloji kəşfiyyat işlərində iştirak edən şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı da məhdudlaşdırıcı tədbirlər qəbul edə bilər.

20
Teqlər:
Avropa, təbii sərvət, Yunanıstan, Türkiyə
Tarkan, arxiv şəkli

Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"

1
(Yenilənib 09:57 24.10.2020)
Bu dəfə meqastar Tarkan və müğənni Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim ediliblər.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını qeyd edib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer alıb. Bu dəfə meqastar Tarkan və Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

1
Nəsrin Cavadzadə

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Gəncə terroru ilə bağlı paylaşım edib

75
(Yenilənib 22:45 23.10.2020)
Aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin bir çox məşhur serial və filmlərində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə oktyabr ayının 16-dan 17-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsi ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb.

View this post on Instagram

I am from Azerbaijan and my heart is bleeding. 🇦🇿

A post shared by nesrin cavadzade (@nesrin.cavadzade) on

Aktrisa həmçinin Azərbaycan bayrağı əks olunmuş köynək geyinərək "Yurdum, yuvam, məskənimsən" paylaşımı edib.

75
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə