İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İrandan yeni xəbərdarlıq

48
(Yenilənib 19:13 03.08.2019)
İrandan nüvə sazişi ilə bağlı daha bir addım

BAKI, 3 avqust — Sputnik. İran nüvə sazişi ilə bağlı öhdəliklərini azaltmaq üçün 3-cü addım atmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, İran 2015-ci ildə nüvə məsələləri ilə əlaqədar bağlanan sazişdəki öhdəliklərini azaltmaq üçün yeni addım atmağa hazırlaşır. Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, nüvə sazişinin azaldılmasında üçüncü addım hazırkı vəziyyətə uyğun həyata keçiriləcək: "Bir daha vurğulayıram ki, əgər bu sazişdən irəli gələn məsələlər tamamilə həyata keçirilməzsə, o zaman biz tamamilə fərqli manevr edəcəyik. Bu günədək bizim bütün addımlarımız qanun çərçivəsində olub".

48
Teqlər:
öhdəlik, nüvə sazişi, İran
Əlaqədar
İran rəsmisi nüvə sazişindən danışdı: “Yenidən baxıla bilməz”
Nüvə sazişi uçurum kənarında: Təcili görüş keçiriləcək
İran yenə hədələdi - "Azaldıram"
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

5
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

5

Fevralda Türkiyə Azərbaycan ordusunun ortaq hərbi təlimi olacaq

7
(Yenilənib 15:40 17.01.2021)
"Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

BAKI, 17 yanvar - Sputnik. Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” - deyə məlumatda bildirilib.

7
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

0
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

0