Ukrayna Prezidenti Vladimir Zelenski

Zelenskinin maaşı açıqlandı

103
(Yenilənib 11:56 03.08.2019)
Zelenskinin mülkiyyətinə İtaliyada bir neçə, Böyük Britaniyada bir mənzil, həmçinin Gürcüstanın mehmanxana biznesində pay daxildir

BAKI, 3 avqust — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin maaşı vergilərsiz 28 min qrivna (təxminən 1102 ABŞ dolları) təşkil edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə xəbəri "Qromadske" TV-nin saytı Ukrayna Dövlət İdarəsinə istinadən yayıb.

İdarədən bildirilib ki, göstərilən məbləğin 5460 qrivnası (214.98 ABŞ dolları) vergi və rüsumlara çıxılır. Həmçinin qeyd edilib ki, Zelenskinin sələfi Pyotr Poroşenko da eyni məbləğdə maaş alırmış.

"Ukrayna Prezidentinin maaşına başqa əlavələr (mükafat və s.) müəyyən edilməyib", - İdarədən bildirilib.

Öncə məlumat verilmişdi ki, Zelenskinin prezident vəzifəsində bir iş günü 854 qrivna (33.62 ABŞ dolları) təşkil edir.

"Çıx, quldur" – Zelenski şəhər şurasının katibini iclasdan qovdu – VİDEO>>

2018-ci ildə Zelenski gəlirlərini bəyan edərkən onların həcmini 9.7 milyon qrivna (təxminən 370 min dollar) göstərmişdi. Həmçinin evinin, mənzilinin və otellərdə nömrələri olduğunu bildirmişdi. Prezidentin Kiyevdə 353 kv.m sahəsi olan evi, 131 kv.m sahəli mənzili və 1200 kv.m torpaq sahəsi, 2 parklama yeri var. Bundan başqa, Zelenskinin mülkiyyətinə İtaliyada bir neçə, Böyük Britaniyada bir mənzil, həmçinin Gürcüstanın mehmanxana biznesində pay daxildir.

103
Teqlər:
maaş, prezident, Ukrayna, Vladimir Zelenski
 Koronavirusа qarşı peyvənd, arxiv şəkli

ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib

4
(Yenilənib 13:10 12.08.2020)
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib

BAKI, 12 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının baş infeksionisti Entonu Fauçi iddia edir ki, onlar gələn həftə öz vaksinlərinin bir neçə variantını təqdim edə bilərdilər, lakin onların effektivliyi və təhlükəsizliyinə əmin deyillər. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti "National Geographic" jurnalına açıqlamasında bildirib.

"Vaksinin olması və vaksinin təhlükəsiz və işlək olmasını sübut etmək – bunlar tamamilə fərqli şeylərdir. Bizim yarım düjün, hələ bir qədər də artıq vaksinimiz var. Ona görə də əgər biz risk edib, daha çox insana zərər versə idik, onlara işləməyən bir şeyi vermək istəsə idik, onda bunu gələn həftədən edə bilərdik", - deyə Fauçi "Doğrudanmı Rusiyada vaksin var?" sualını cavablandırarkən bildirib.

"Ona görə də mən ümid edirəm ki, rusiyalılar, doğrudan da vaksinin təhlükəsiz və işlək olmasına əmin olublar. Mən onların bunun etməsinə çox şübhə edirəm", - deyə ABŞ-ın Allergik və İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru qeyd edib.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq. Rusiyanın Səhiyyə Nazirliyinin Gamaleya adına Mərkəzi və "Binnofarm"şirkəti.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

4
Teqlər:
vaksin, peyvənd, Koronavirus, COVID-19
Əlaqədar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Ərdoğan: “Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu“
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
ABŞ-da epidemioloji vəziyyət

Koronavirusdan ölənlərin sayı 740 mini keçdi

4
(Yenilənib 11:01 12.08.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 141 min 207 nəfərə çatıb

BAKI, 12 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 20 292 486 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 741 380 nəfər vəfat edib, 12 588 189 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 141 min 207 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 895 691 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
dünya, Koronavirus, COVID-19
Əlaqədar
Koronavirus peyvəndi üçün artıq 20 ölkədən müraciət var
Millət vəkili: Qaydalara əməl edilməsə, yenidən karantin rejimi sərtləşdirilə bilər
Putin Rusiyanın ilk COVID-19 əleyhinə peyvəndinin qeydə alınması barədə
Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"