Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sibir yanğınlarının kosmosdan çəkilmiş şəkilləri yayılıb

© Sputnik / Valery Melnikov / Mediabanka keçidЛесные пожары, фото из архива
Лесные пожары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi yanğınların söndürülməsinə kömək etmək üçün Krasnoyarsk diyarına aviasiya qrupu göndərib

BAKI, 1 avqust — Sputnik. Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") Sibirdə baş vermiş yanğınların kosmosdan çəkilmiş fotoşəkillərini yayıb.

Yerin Operativ Monitorinqi üçün Elmi Mərkəzin mütəxəssisləri Saxa Respublikasında, Buryatiyada, İrkutsk vilayətində, Krasnoyarsk və Xabarovsk diyarlarında yanğın ocaqlarını, eləcə də Uzaq Şərq federal dairəsində daşqınları, Tıvada, Perm diyarında və İrkutsk vilayətində subasmaları müşahidə ediblər.

© "Roskosmos"Saxa Respublikasında meşə yanğınları
Sibir yanğınlarının kosmosdan çəkilmiş şəkilləri yayılıb - Sputnik Azərbaycan
Saxa Respublikasında meşə yanğınları

Fövqəladə Hallar Nazirinin Birinci müavini Aleksandr Çupriyan bir müddət öncə bildirib ki, yanğınlar tayqada təxminən üç milyon hektar ərazini əhatə edib. Onun sözlərinə görə, yanğının sahəsi genişlənir.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində və Krasnoyarsk diyarında, eləcə də Buryatiyanın iki rayonunda və Yakutiyanın beş rayonunda fövqəladə hal elan edilib.

Dünən Müdafiə Nazirliyi yanğınların söndürülməsinə kömək etmək üçün 10 ədəd "İl-76" təyyarəsindən və 10 ədəd "Mi-8" helikopterindən ibarət aviasiya qrupunu Krasnoyarsk diyarına göndərib.

Bir qədər əvvəl Rusiyanın təbii sərvətlər naziri Dmitri Kobılkin yanğınların yağışsız hava şəraitində ildırım çaxması nəticəsində yarandığı ehtimalını səsləndirib.

Xəbər lenti
0