NATO-nun baş katibi Yens Stoltenberq

NATO: Bizi Hörmüzə çağıran olmayıb

136
(Yenilənib 18:43 01.08.2019)
Vaşinqton və Tehran arasında münasibətlərin gərginləşdiyi bir vaxtda ABŞ Fars körfəzində təhlükəsizliyin gücləndirilməsi üçün səyləri artırmağa çağırıb

BAKI, 1 avqust — Sputnik. NATO Baş Katibi Yens Stoltenberq bəyan edib ki, Alyansa Hörmüz boğazında missiyaya başlamaq üçün rəsmi müraciət almayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumatı xarici media yayıb.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında münasibətlərin gərginləşdiyi bir vaxtda ABŞ Fars körfəzində təhlükəsizliyin gücləndirilməsi üçün səyləri artırmağa çağırıb.

ABŞ-ın Berlindəki səfirliyi çərşənbə axşamı deyib ki, Vaşinqton rəsmi olaraq Almaniyadan Fransa və Britaniyaya qoşularaq Hörmüz körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində və "İranın təcavüzkarlına" qarşı mübarizədə iştirak etməsini xahiş edib.

İran hökumətinin təmsilçisi Əli Rəbiei isə bazar günü xəbardarlıq edib ki, Fars körfəzində dəniz koalisiyası quran Avropa ölkələri bu hərəkətləri ilə düşmənçilik mesajı göndərmiş olacaqlar.

136
Berlin, arxiv şəkli

İstanbuldan sonra Berlin: yenə xaricdə istirahətlə "yandıracaqlar"?

5
(Yenilənib 12:54 09.07.2020)
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

BAKI, 9 iyul — Sputnik. İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaqlar.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. ⠀

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: 

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaqlar. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Uçuşdan 48 saat əvvəl alınmış arayış mövcud olduğu və Almaniyanın tələblərinə uyğun gəldiyi halda və ya sərnişin uçub gəldiyi zaman laboratoriyaya müraciət edərək neqativ test əldə etdiyi təqdirdə ondan ikihəftəlik özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq.

Almaniyada və Avropa İttifaqının digər üzv ölkələrində olan sərnişinlər COVID-19 virusuna dair testdən həmin ölkələrdə müvafiq qaydada akkreditə olunmuş və sözügedən testi etmək səlahiyyətində olan tibb müəssisələrindən birində keçməlidirlər. Almaniyada mövcud olan belə tibb müəssisələri barədə məlumat bu internet səhifəsindən, digər Aİ ölkələri ilə bağlı müvafiq məlumat isə həmin ölkələrin rəsmi qurumlarının internet səhifələrindən əldə edilə bilər.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən videotəlimat hazırlanmışdır: 

5
Əlaqədar
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
İstanbula getmək istəyənlərin nəzərinə - Biletlərin satışı başladı
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib
COVİD-19 xəstəsi, arxiv şəkli

Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi

48
(Yenilənib 10:48 09.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 699 744 yoluxma qeydə alınıb

 

BAKI, 9 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 12 041 795-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 549 477 nəfər vəfat edib, 6 568 742 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 55 min 44 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 699 744 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

48
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər
Onlar çiy ət yeyirlər, zibilə biz düşürük
Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir
Yelena Malışeva ölüm səbəblərinin siyahısını göstərdi: koronavirus sondadır