Tramp "Twitter"dən niyə çox istifadə etdiyini açıqladı

© REUTERS / LEAH MILLISABŞ Prezidenti Donald Tramp
ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp həmçinin qeyd edib ki, sosial şəbəkədə yerləşdirdiyi 43 min paylaşımdan heç birinə görə peşman deyil

BAKI, 1 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsindən niyə çox istifadə etdiyini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "C-Span" telekanalına verdiyi müsahibəsində Tramp "Twitter"in medianın hücumlarından yeganə müdafiə vasitəsi olduğunu deyib.

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Obamanın ucbatından Ağ evdən tez-tez getməli oluram - Tramp

"Əgər məni qərəzsiz şəkildə işıqlandırsaydılar, heç "Twitter"də yazmağıma ehtiyac da qalmazdı. Bu mənim yeganə müdafiə vasitəmdir. Mətbuat məni düzgün işıqlandırsaydı, bu mənə lazım olmazdı, amma onlar məni düzgün işıqlandırmırlar", - Tramp deyib.

Tramp qeyd edib ki, medianın onun haqqında yazma tərzi iki il yarım prezidentlik dövrü ərzində ona ən böyük məyusluq verən səbəb olub.

"Çox məyusam. Çox təəccüblənmişəm... onlar həqiqətən də səhv işıqlandırırlar, buradan da elə "feyk (saxta – red.) xəbər termini gəlir", - prezident deyib.

Tramp, həmçinin qeyd edib ki, sosial şəbəkədə yerləşdirdiyi 43 min paylaşımdan heç birinə görə peşman deyil.

Xəbər lenti
0