Koçaryan vaxt verdi: “Bu hakimiyyət çox qalmayacaq”

© Sputnik / Aram NersesyanРоберт Кочарян в суде
Роберт Кочарян в суде - Sputnik Azərbaycan
Abunə olmaq
“Seçici populistlərdən təngə gələcək və öz seçimində daha diqqətli olacaq”

BAKI, 30 iyul — Sputnik. “Ermənistan rəhbərliyi hakimiyyətdə çox qalmayacaq və yenidən seçilmə perspektivinə malik deyil”. Sputnik Ermənistan xəbər verir ki, ölkənin sabiq prezidenti Robert Koçaryan bunu xarici KİV-ə müsahibəsində bildirib.

O, əminliyini ifadə edib ki, hakimiyyət məsələsi istənilən halda küçədə - növbədənkənar parlament seçkilərində həll olunacaq.

Ара Баблоян - Sputnik Azərbaycan
Ermənistan parlamentinin sabiq sədri Sarqsyanın partiyasından çıxır

"Bu cür idarəetmə keyfiyyəti ilə bu rəhbərlik hakimiyyətdə çox qalmayacaq və yenidən seçilmə perspektivinə malik deyil. Seçici həmin vaxt populistlərdən təngə gələcək və öz seçimində daha diqqətli olacaq" - deyə Koçaryan qeyd edib.

Sabiq prezident əmindir ki, müxalifət meydanında konsolidasiya üçün münbit sahə var. Lakin Koçaryan dərhal vahid müxalifət mərkəzinin yaranacağını düşünmür. Onun fikrincə, müxtəlif cazibə mərkəzləri yaranacaq, lakin onlar arasında aktiv olaraq qarşılıqlı əlaqələr yaranacaq: "Mən bu proseslərdə önəmli halqa olacam, lakin tək olmayacam. Ölkəyə sağlam güclərin geniş konsolidasiyası lazımdır. Bu proses isə şübhəsiz parlament müxalifətinin radiakallaşması ilə nəticələnəcək. Əks halda, o öz seçicisini itirəcək".

Koçaryanın fikrincə, payızda müxalifətdə konsolidasiya və tərəfdaşlıq formalaşması prosesi yekunlaşacaq, siyasi mübarizə isə daha sistemli və geniş xarakter alacaq.

Xəbər lenti
0