Rusiyada azərbaycanlını güllələdilər

CC BY 2.0 / Peter Anderson / adiósПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yayılan videoda qaçan şəxsin qatil olduğu iddia edilir

BAKI, 28 iyul — Sputnik. Bu gün Rusiyada 27 yaşlı azərbaycanlı güllələnib.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, hadisə bu gün səhər saat 04 radələrində İvanovo şəhərinin Puşkin meydanında, "Rokko" barının yanında baş verib.

İvanovoNews xəbər verir ki, odlu silahdan açılan atəş 1991-ci il təvəllüdlü kişini yaralayıb. O, təcili yardım maşınında keçinib. 

Şahidlərin dediyinə görə, kişi sərxoş imiş. O, bir qıza sillə vurub, qız müqavimət göstərəndə isə onu döyməyə başlayıb. Bu zaman başqa bir gənc qıza kömək etmək üçün yaxınlaşıb, dava başlayıb, sonra isə atəş səsləri gəlib. 

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin 1992-ci il təvəllüdlü olduğu, İvanovodakı Korotkov küçəsində yaşadığı və qara rəngli "Toyota Kamri" maşını olduğu deyilir. 

Hadisə yerindən yayılan videoda qatilin hadisə yerindən qaçdığı iddia olunur. 

Hüquq-mühafizə orqanları hələ hadisə ilə bağlı şərh verməyib.

Xəbər lenti
0