Kral ailəsində toy - bir həftədə iki dəfə evləndilər

© Instagram / rosa_claraLui Dükre Mari Şevalye ilə ailə qurub
Lui Dükre Mari Şevalye ilə ailə qurub - Sputnik Azərbaycan
Abunə olmaq
Sevgililər köhnə toy adətlərinə riayət etməyiblər

BAKI, 28 iyul — Sputnik. Monakonun kral ailəsində toydur.

Sputnik Azərbaycan Daily Mail-ə istinadən bildirir ki, Monako knyazı II Albertin bacısı oğlu və eyni zamanda Qreys Kellinin nəvəsi Lui Dükre sevib-seçdiyi Mari Şevalye ilə ailə qurub.

Sevgililər köhnə toy adətlərinə riayət etməyiblər. Ötən cümə günü, iyulun 26-da baş tutan nikahda Mari hər kəsin gözlədiyi kimi ağappaq gəlinlik deyil, fil dişi rəngində kombinezon geyinib. Bu geyimi onun üçün Rosa Clara moda evi hazırlayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rosa Clará (@rosa_clara)

Lui ilə Marinin nikahını Monako meri Jorj Marsan kəsib. Bundan sonra qonaqları şahzadənin sarayındakı qeyri-rəsmi ziyafətə dəvət ediblər.

Sabahı gün isə  bir zamanlar məşhur Hollivud gözəli Qreys Kelli ilə knyaz III Renyenin evləndiyi Monako kafedral kilsəsində dini nikah mərasimi baş tutub. Mari Şevalye bu dəfə əl işi olan krujeva və tikməli ağ gəlinlikdə kilsəyə gəlib. Onun bu paltarının hazırlanmasına  Boisanger  atelyesinin dərziləri 300 saat sərf ediblər.

Lui Dükre şahzadə Stefaniyanın böyük oğludur. Hazırda o,  taxt-tacın varisliyi üçün 12-ci namizəd hesab edilir. Yeddi yaşınadək Monakoda qalan şahzadə anası ilə Fransaya köçüb, sonralar isə İsveçrədə yaşayıb. Fransanın prestijli SKEMA biznes məktəbini bitirib. Üç il əvvəl isə Şimali Karolina Universitetində "İdman menecmenti" ixtisası üzrə təhsilini davam etdirib.

© AFP 2023 / YANN COATSALIOULui (soldan ikinci) , dayısı Monako knyazı II Albert (sağda)
Kral ailəsində toy - bir həftədə iki dəfə evləndilər - Sputnik Azərbaycan
Lui (soldan ikinci) , dayısı Monako knyazı II Albert (sağda)

Mari Şevalye ilə Lui universitetdə tanış olublar. İlk dəfə onlar ictimaiyyət arasında 2015-ci ildə görünüblər. Bu ilin fevralında Marinin vətəni Vyetnama romantik səyahətə gedəndə isə nişanlanıblar.

Xəbər lenti
0