Türk generaldan sensasion açıqlama: ""F-35"lərə aid gizli məlumatlar onlarda var"

© AFP 2023 / JEFF J MITCHELLF-35 qırıcıları
F-35 qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər Ankara bu təyyarələri alsa, Yaxın Şərqdə güc balansı dəyişəcək"

BAKI, 25 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general Ergin Sayqun sensasion iddia ilə çıxış edib. 

F-35 tipli qırıcı - Sputnik Azərbaycan
Türkiyəyə qarşı düşmən addım atıldı: Senat "F-35"lərlə bağlı qərar verdi
Sputnik Azərbaycan Türkiyənin "Günəş" nəşrinə istinadən xəbər verir ki, türk generalın sözlərinə görə, rəsmi Moskva "F-35"lərə dair məlumatları əldə edib.

"Birləşmiş Ştatların Rusiyanın "F-35" təyyarələrinə dair gizli məlumatlar əldə edəcəyinə dair bəyanatları əsassızdır, çünki bu qırıcılara dair gizli məlumatlar çoxdan Moskvaya məlumdur", - deyə Sayqun vurğulayıb.

Onun sözlərinə görə, Amerika rəhbərliyi hələ 10 il əvvəl Türkiyənin "F-35" proqramından çıxarılmasını müzakirə edib: "Əgər Ankara bu təyyarələri alsa, Yaxın Şərqdə güc balansı dəyişəcək və İsrail bu regionda havada olan üstünlüyünü itirəcək. Birləşmiş Ştatlar isə buna yol verməz, çünki bu halda regionda enerji resurslarına nəzarəti itirəcək".

Xəbər lenti
0