Qazaxıstanlı pəhləvan Darya Nesterova

At ilxısından güclü qadın görün nəyə qadirdir - Video

584
(Yenilənib 23:52 23.07.2019)
Qazaxıstanlı pəhləvan qız 17 tonluq yük maşınını dartıb. İdmançının bunu necə etdiyinə videoda baxın.

BAKI, 24 iyul — Sputnik. Qazaxıstanlı qızın qeyri-adi gücü görənləri heyrətləndirir. Sputnik Azərbaycan xəbər verir ki, qazaxıstanlı pəhləvan qız Darya Nesterova 17 tonluq yük maşınını dartıb.

Darya Nesterova - pauerliftinq üzrə dünya və Asiya çempionu, həmçinin uzanmış vəziyyətdə ağırlıqqaldırma üzrə Asiya çempionudur. Sən demə, bu qızın ağır çəkili avtomobili yerindən tərpətmək və irəli çəkmək qabiliyyəti də var.

Bundan əvvəl Darya çəkisi 7 tona yaxın olan yolsuzluq avtomobilini və içində 50 sərnişin olan 22 tonluq tramvayı da çəkib.

584