Uyğur müsəlman Yaponiyada Çinə qarşı aksiyada, arxiv şəkli

Çindən sensasion qərar - uyğurların türklərə aidiyyəti yoxdur

151
(Yenilənib 20:19 23.07.2019)
Çinlilərin "Ağ kitabı" sensasion qərarlarla təəəccübləndirir: "Şərqi Türküstan adlı dövlət heç bir vaxt mövcud olmayıb".

BAKI, 23 iyul — Sputnik. Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan uyğurlarla türklərin heç bir bağlılığı yoxdur.

  Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının mətbuat dəftərxanası tərəfindən dərc olunan Ağ kitab adlı hesabatda bildirilir.

"Uyğurların türklərlə bir bağlılığı yoxdur, əksinə, tarixin erkən dönəmində türklərdən zərər gördülər və 10-cu əsrə qədər türk qəbilələrinin hücumlarına məruz qaldılar. Bundan əlavə, Şərqi Türküstan adlı dövlət heç bir vaxt mövcud olmayıb", - deyə hesabatda bildirilir.

Bundan əlavə, Ağ kitabda qeyd olunur ki, Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda uyğurlar İslam dinini könüllü şəkildə seçməyiblər: "Sintszyan-Uyğur Muxtar Rayonuna İslamın nüfuz etməsi Ərəb xilafətinin çiçəklənməsi və İslamın Qərbdən Şərqə yayılması ilə bağlıdır. Uyğurların İslam dininə keçməsi xalqın könüllü seçimi yox, dini zəmində müharibələrin nəticələri və hakim təbəqənin məcburi qərarları nəticəsində baş verib".

Qeyd olunur ki, bu məcburiyyət uyğurların İslam qaydalarına əməl etməyə dair hüquqlarını pozmur, lakin bu, tarixi fakt olaraq qalır.

"İslam uyğurların qədim və tək dini deyil", - deyə Ağ kitabda bildirilir.

Xatırladaq ki, 2018-ci ildə BMT-nin irqi diskriminasiyanın məhv edilməsi komitəsinin ekspertlərinin dərc etdiyi hesabatda Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 1 milyona çatıb. Çin Xarici İşlər Nazirliyi isə bəyan edib ki, uyğurların siyasi-ideoloji düşərgələrdə saxlanılması barədə xəbərlər həqiqəti əks etdirmir.

Çində 56 etnik qrupdan 10-nu müsəlmanlar təşkil edir. Hui (çinli müsəlmanlar), qırğız, qazax, uyğur, tacik, tatar, özbək, salar, Baoan və Dongşiang etnik azlıqları Çinin qərb və cənub-qərbində yaşayırlar.

151
Əlaqədar
Çin indi də İslamın tarixini dəyişir – İndiyə qədər bildiklərimiz...
Co Bayden

Co Baydendən transgenderlərə yaşıl işıq

23
Ağ Ev: Prezidentin bu gün imzaladığı sərəncama əsasən, xidmətə yararlı olan hər bir amerikalı ABŞ Silahlı Qüvvələrində xidmət edəcək.

BAKI, 25 yanvar - Sputnik. ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evdən yayılıb. Məlumatda deyilir: 

“Prezidentin bu gün imzaladığı sərəncama əsasən, xidmətə yararlı olan hər bir amerikalı ABŞ Silahlı Qüvvələrində xidmət edəcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”.

Qeyd edək ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifə tutmasının əleyhinə olduğunu bəyan etmişdi.

2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmətini qadağan edən direktiv imzalayıb.

23
Teqlər:
Co Bayden
Plastik tullantılar, arxiv şəkli

Plastik tullantılardan insanları gözəlləşdirmək üçün istifadə edəcəklər

12
(Yenilənib 20:19 25.01.2021)
Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

BAKI, 25 yanvar — Sputnik. Şimal-Qərb Universitetinin, Argonne Milli Laboratoriyasının və Eymes Laboratoriyasının alimləri plastik tullantıların təkrar emalı üçün yeni bir üsul icad ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun köməyi ilə zibil motor yağları, sürtkü yağları, yuyucu vasitələr və hətta kosmetika istehsalı üçün uyğun bir maye halında olan maddəyə çevrilə bilər.

Məlumdur ki, dünyada hər il 380 milyon ton plastik istehsal olunur. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər bu rəqəm dörd dəfə arta bilər. Məhsulların 75% -dən çoxu birdəfəlik istifadədən sonra atılır və ətrafa, o cümlədən çaylara, dənizlərə və okeanlara daxil olur.

Plastik tullantıları emalının müasir üsulları problemi həll edə bilməz. Birdəfəlik məhsullar əriyib emal edilə bilər. Amma nəticədə aşağı keyfiyyətli material alınır.

Yeni araşdırmanın müəllifləri məsələyə fərqli yanaşıblar.

Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

Müəyyən şərtlərdə katalizator plastikin karbon-karbon bağını parçalayır və maye karbohidrogenlər əldə edilir. Belə bir maye müxtəlif texniki və ya kosmetik məhsulların istehsalı üçün uyğundur.

12
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0