Türkiyə də "S-400" istehsal edəcək? - Çemezov açıqladı

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçid "S-400" havadan müdafiə sistemi
 S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
"S-400" hava hücumundan müdafiə sistemlərinin müəyyən hissələrinin lisenziyalı şəkildə Türkiyədə istehsalına dair müzakirələr davam edir

BAKI, 23 iyul — Sputnik. "Türkiyə "Rostex" və Rusiyanın əsas ortaqlarından biridir. Moskva və Ankara arasında hərbi-texniki sahəsində işbirliyi yaxşı formada irəliləyir". Sputnik Türkiyə xəbər verir ki, bunu "Rostex" şirkətinin rəhbəri Sergey Çemezov "Anadolu" agentliyinə müsahibəsində bildirib.

Лого НАТО, фото из архива - Sputnik Azərbaycan
"S-400" gəldi, "F-35" getdi – Məsələ NATO üzvlüyünə kimi şişib

Türkiyə və Rusiya siyasi liderləri arasında aparılan sıx və qurucu görüşlərə işarə edən Çemezov vurğulayıb ki, qurumlar və şirkət təmsilçilərinin həyata keçirdiyi görüşlər nəticəsində rəqiblərin onların münasibətlərinə müdaxilə cəhdlərinin qarşısını uğurla alırlar: "Rusiya və Türkiyə müxtəlif ortaq layihələr həyata keçirirlər. Bu layihələr arasında təyyarə və helikopter sistemləri, zirehli avtomobil hissələri və tədarük edilən silahların satış sonrası texniki xidməti də yer alır. Türkiyə bundan əlavə, Rusiya hərbi hava sistemlərinə və tank sistemlərinə maraq duyur. "S-400" hava hücumundan müdafiə sistemlərinin müəyyən hissələrinin lisenziyalı şəkildə Türkiyədə istehsalına dair müzakirələr davam edir".

Çemezov vurğulayıb ki, Rusiya tərəfi Türkiyə ilə texnoloji baxımdan başda helikopter istehsalı və enerji sahələrində işbirliyini genişləndirməyə hazırdır. "S-400"lərin tədarükünü Türkiyənin tələbi ilə bağlı sürətləndirdik. Sistemlərin ilk tədarükü bu ay baş tutdu və plana uyğun davam edir".

Xəbər lenti
0