Bir gecədə iki təyyarə qaçırdı – Bütün ölkə o uşaqdan danışır

CC0 / György Károly Tóth / AircraftYüngülmotorlu təyyarə, arxiv şəkli
Yüngülmotorlu təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq təyyarələrdən birində idarəetməni itirib və hasara çırpılıb

BAKI, 20 iyul — Sputnik. Çində 13 yaşlı uşaq bir gecədə iki kiçik təyyarə qaçırıb. Bu barədə Sputnik Azərbaycan "Dailymail"-ə istinadən xəbər verir.

Video müşahidə kameralarının qeydə aldığı görüntüyə görə, gecə saatlarında yeniyetmə Çzyansu və Çjeşzyan vilayətləri arasında yerləşən Tayhu gölünün sahilindəki ekskursiya bürosunun anqarına daxil olub. O, nəinki pilotun kabinəsinə daxil olub, hətta təyyarələri idarə də edib.

© dailymail / Asia WireÇində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə biri
Çində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə biri - Sputnik Azərbaycan
1/2
Çində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə biri
© dailymail / Asia WireÇində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə digəri
Çində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə digəri - Sputnik Azərbaycan
2/2
Çində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə digəri
1/2
Çində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə biri
2/2
Çində 13 yaşlı uşağın bir gecədə qaçırdığı iki təyyarədə digəri

Hadisə zamanı 13 yaşlı uşaq təyyarələrdən birində idarəetməni itirib və hasara çırpılıb. Bundan sonra o ikinci təyyarəyə daxil olub və park yerində üç dəfə dövrə edib. Ekskursiya bürosunun əməkdaşları hadisə barədə yalnız səhər saatlarında xəbər tutub. Belə ki, onlar özləri hadisənin şahidi olublar. Onlardan biri hadisədən bir gün sonra baş verənləri xatırlayıb. O, qeyd edib ki, yeniyetmə təyyarə mühərriklərin təmir olunmasını izləyib. Görünür iki saat müşahidə etmək, təyyarəni necə idarə etməyi öyrənməyə imkan verib.

13 yaşlı uşaq polisə hər şeyi etiraf edib. Onun ailəsi uşağın gecələr evdən qaçmasından xəbərsiz olub.

 

Xəbər lenti
0