Vışinskinin həbs müddəti uzadıldı

© Sputnik / Stringer / Mediabanka keçidРуководитель портала "РИА Новости Украина" Кирилл Вышинский
Руководитель портала РИА Новости Украина Кирилл Вышинский - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə jurnalistin zaminə buraxılması ilə bağlı iddianı rədd edib

BAKI, 19 iyul — Sputnik. Kiyev şəhər məhkəməsi “RİA Novosti Ukrayna” portalının rəhbəri Kirill Vışinskinin həbs müddətini 2 aylıq uzadıb.

Sputnik AzərbaycanRİA Novosti”yə istinadla xəbər verir ki, paytaxtın Podolsk rayon məhkəməsi dövlətə xəyanətdə ittiham edilən Vışinskinin işi ilə bağlı iclas keçirib. Məhkəmə jurnalistin zaminə buraxılması ilə bağlı iddianı rədd edərək, onun həbs müddətini sentyabrın 19-na kimi uzadıb.

Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Zelenski indi də Kliçkoya ilişir, məsələ "nokaut"la bitə bilər

Vəkil Andrey Domanskiy bildirib ki, müdafiə tərəfi həbs müddətinin uzadılması ilə bağlı şikayət edəcək: “Bu yekun qərar deyil. Bizim apelyasiya şikayəti vermək hüququmuz var və biz ondan istifadə edəcəyik”.

Qeyd edək ki, Kirill Vışinski 15 may 2018-ci il tarixində Kiyevdə saxlanılıb. 

Jurnalistə bildiriblər ki, o, özünü "Donbass Respublikası" adlandıran qurumu dəstəkləməkdə və dövlətə xəyanətdə şübhəli bilinir. Onun ittiham edildiyi maddədə 15 ilədək həbs cəzası nəzərdə tutulur. Xerson şəhər məhkəməsi mayın 17-də Vışinski ilə bağlı həbs qərarı çıxarıb. Hazırda jurnalistin həbsi iyulun 22-dək uzadılıb.

Məhkəmə iclaslarının birində Vışinski kömək üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmişdi və bildirmişdi ki, Ukrayna vətəndaşlığından imtina edir. Putin bu vəziyyəti görünməmiş hal kimi qiymətləndirmişdi və bəyan etmişdi ki, Vışinskini birbaşa peşəkar fəaliyyətinə, jurnalistlik funksiyasını yerinə yetirdiyinə görə həbs ediblər. Moskva Kiyevə etiraz notası göndərərək mətbuat nümayəndələrinə qarşı zorakılığı dayandırmağı tələb etmişdi.

Xəbər lenti
0