Zelenski indi də Kliçkoya ilişir, məsələ "nokaut"la bitə bilər

© REUTERS / Ludovic Marin / PoolUkrayna Prezidenti Vladimir Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Zelenski Vitali Kliçkoya vaxt verib

BAKI, 19 iyul — Sputnik. Kiyev meri Vitali Kliçko ölkə prezidenti Vladimir Zelenskinin şərtlərini yerinə yetirəcəyi təqdirdə Kiyev Şəhər Dövlət Administrasiyasının (KŞDA) sədri vəzifəsində qala bilər. Bu barədə Sputnik Azərbaycan "Ukrainskaya Pravda"ya istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Kliçko Zelenskinin KŞDA sədri postuna öz adamını təyin etməklə "seçilmiş meri icraçı səlahiyyətlərindən məhrum etmək" niyyətində olduğunu bildirib.

Корабли ВМС Украины, задержанные пограничной службой РФ за нарушение государственной границы России на порту Керчи - Sputnik Azərbaycan
Ukrayna və Rusiya danışıqlara başlayıb

Nəşr yazır ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Boqdan merə xəbərdarlıq edib ki, digər administrasiya rəhbərləri kimi Kliçko da öz vəzifəsini tərk etməlidir. Boqdan eyni zamanda qeyd edib ki, mer öz "effektivliyini" göstərərsə, Zelenski onu yenidən bu vəzifəyə təyin edə bilər.

"Kliçkoya deyilib: "Sənin bir neçə ay vaxtın var, işinin nəticələrini göstər, korrupsioner dostlarından qurtul və bundan sonra birgə işləyə bilərik", - deyə nəşr yazır.

Qeyd edək ki, 2003-cü ildə Ukrayna Konstitusiya Məhkəməsi qərar verib ki, KŞDA-ya yalnız seçilmiş mer rəhbərlik etməlidir. 

2014-cü ildə Kliçko Kiyev meriyasına keçirilən seçkilərdə qalib gəldikdən sonra o vaxtkı prezident Pyotr Poroşenko onu Kiyev Şəhər Dövlət Administrasiyasının sədri vəzifəsinə təyin edib.

Xəbər lenti
0