"S-400" gəldi, "F-35" getdi – Məsələ NATO üzvlüyünə kimi şişib

© AFP 2023 / PAUL J. RICHARDSЛого НАТО, фото из архива
Лого НАТО, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Stoltenberq Türkiyənin NATO üçün əhəmiyyətli müttəfiq olduğunu da vurğulayıb

BAKI, 18 iyul — Sputnik. "Türkiyənin NATO-da iştirakı və NATO-nun Türkiyə ilə əməkdaşlığı "F-35"lərdən daha dərin və əhatəlidir". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nin baş katibi Yens Stoltenberq ABŞ-ın Kolorado ştatında Aspen İnstitutu tərəfindən təşkil edilən təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

 S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Rusiyalı generaldan "Stratfor"a cavab: "S-400" istənilən şəraitdə döyüş apara bilər

"S-400" məsələsinin əhəmiyyətini azaltmaq istəmirəm. Ancaq NATO müttəfiqi olaraq Türkiyə "S-400"lərdən daha əhəmiyyətlidir" – deyə NATO baş katibi vurğulayıb.

Stoltenberq Türkiyənin NATO üçün əhəmiyyətli müttəfiq olduğunu da vurğulayıb: "Terrorçu İŞİD-lə mübarizədə Türkiyə açar bir müttəfiqdir. Bundan əlavə, Türkiyə Balkanlar, Kosovo və Əfqanıstanda NATO-nun bir çox əməliyyatlarında iştirak edir. NATO müttəfiqi olaraq, Türkiyə "S-400"lərdən daha mühümdür. Türkiyə NATO-nun hava müdafiə sisteminin bir parçasıdır və bu, belə də davam edəcək. Lakin Türkiyənin "F-35" proqramının bir hissəsi olmayacağından da narahatam".

NATO Baş Katibi Türkiyənin NATO-dan çıxarılması kimi məsələnin müzakirə edilib-edilməməsi barədə suala da münasibət bildirib: "Türkiyə NATO-nun əhəmiyyətli bir müttəfiqidir. Bu məsələni heç bir müttəfiq gündəliyə çıxarmayıb. Çünki birimizin o birinə bağlı olduğunu yaxşı görürük".

Xatırladaq ki, ötən gün rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyəni "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Pentaqonun rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Donald Tramp - Sputnik Azərbaycan
Tramp Ərdoğanı vurdu, türk pilotlar "F-35" təlimlərindən uzaqlaşdırıldı

Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarılmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.

Nazirlik Türkiyənin "F-35"-lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.

Xəbər lenti
0