Kiotoda Kyoto Animation Co. şirkətində baş vermiş yanğının fəsadları

Studiyanı yandırdılar: Alov 10 nəfərin həyatına son qoydu

47
(Yenilənib 10:52 18.07.2019)
Faciə qurbanlarının cəsədləri yanğın baş vermiş binanın ikinci mərtəbəsində tapılıb

BAKI, 18 iyul — Sputnik. Yaponiyanın Kioto şəhərində yerləşən anime (yapon animasiyası) studiyasında yanğın baş verib. Sputnik Azərbaycan "Kyodo" agentliyinə istinadən xəbər verir ki, yanğında ən azı 10 nəfər həlak olub.

Faciə qurbanlarının cəsədləri yanğın baş vermiş binanın ikinci mərtəbəsində tapılıb.

​Yanğının qəsdən törədildiyi bildirilir. Agentliliyin məlumatına görə, səhər saatlarında "Kyoto Animation Co." studiyasının binasına daxil olmuş orta yaşlı şəxs ətrafa tez alışan maye töküb və ona od vurub.

Yanğın nəticəsində 40 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 10-nun vəziyyəti ağırdır. Polis, həmçinin hadisə yerində bıçaqlar tapıb.

"NHK" telekanalı xəbər verir ki, şahidlər yanğından əvvəl partlayış səsi eşidiblər.

47