Türkiyə NATO-dan çıxarılacaq? - Ağ ev təhdid edir

© AFP 2023 / GEORGES GOBETОбщий вид главного входа в штаб-квартире НАТО в Брюсселе
Общий вид главного входа в штаб-квартире НАТО в Брюсселе - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, Türkiyənin Alyansla münasibətlərinə mənfi təsir edəcək"

BAKI, 18 iyul — Sputnik. "S-400"lərin alınması Türkiyənin NATO çərçivəsindəki məsuliyyətlərini sual altında qoyur və bunun Ankara üçün "çox pis nəticələri" olacaq.

Министр иностранных дел Турции Мевлют Чавушоглу беседует со СМИ во время совместной пресс-конференции с министром иностранных дел Люксембурга Жаном Ассельборном - Sputnik Azərbaycan
Ankaradan Moskvaya gözlənilməz "S-400" xəbəri: "Ancaq özümüz nəzarət edəcəyik"

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Ağ evin bəyanatında deyilir.

"Türkiyə 65 ildən çoxdur ki, NATO üzrə etibarlı tərəfdaş və müttəfiqdir, ancaq "S-400"lərin alınması bütün NATO üzvlərinin Rusiya sistemləri ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə kölgə salır. Bu, Türkiyənin Alyansla münasibətlərinə mənfi təsir edəcək", - yayılan məlumatda deyilir.

Pentaqon rəhbərinin müavini Devid Traxtenberq Türkiyənin NATO-dan çıxarılması barədə suala cavab verməkdən imtina edib. Onun sözlərinə görə, bu qərarı Alyans verməlidir. 

"Bu, NATO Alyansının qərarı ola bilər. Türkiyə NATO-nun çoxdankı üzvüdür", - Traxtenberq jurnalistlərin Türkiyənin "S-400"ləri aldıqdan sonra Şimali Atlantika Alyansında qalıb-qalmaması barədə suallarına cavab olaraq bildirib.

Traxtenberq əlavə edib ki, "nəyin olması, yaxud nəyin olmaması" barədə suallara cavab verməyəcək. "Bunu burada biz həll eləmirik", - Pentaqon rəsmisi vurğulayıb. 

Xatırladaq ki, ötən həftə "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb.

ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.

Флаги Турции и Евросоюза, фото из архива - Sputnik Azərbaycan
Ərdoğana gözlənilməz zərbə, Avropa da Ankaranı məhşər ayağına çəkir

İyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib.Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

Xəbər lenti
0