İraqda Türkiyə Baş konsulluğunun əməkdaşı öldürülüb

CC BY 2.0 / Peter Anderson / adiósПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə restorana təşkil olunmuş silahlı hücum nəticəsində baş verib

BAKI, 17 iyul — Sputnik. İraqın Ərbil şəhərində restorana təşkil olunmuş silahlı hücum nəticəsində Türkiyənin Baş konsulluğunun bir əməkdaşı həlak olub.

Türk əsgəri - Sputnik Azərbaycan
Türklər PKK-nın yeddi rəhbərindən birini zərərsizləşdirdilər

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "Hürriyet" nəşri məlumat yayıb.

Bundan başqa, iki türkiyəli diplomatın yaralandığı bildirilir.

Hadisə yerinə xeyli sayda təhlükəsizlik qüvvələri cəlb edilib. Hücum edən terrorçu öldürülüb. 

“Habertürk” nəşri xəbər verir ki, hadisə yerli vaxtla saat 14:10-da baş verib. Türkiyəli diplomatların nahar etmək üçün getdiyi restorana hücum edən şəxslərin səsboğucu silahlardan istifadə etdiyi bildirilir.
Xəsarət alanlardan birinin vəziyyəti ağırdır, digərinin isə vəziyyəti haqqında dəqiq məlumat yoxdur.
Hücumun diplomatlara qarşı terror aktı olduğu bildirilir və “PKK” tərəfindən təşkil olunduğu güman edilir.
“Hürriyet” xəbər verir ki, Ərbil şəhəri polis rəisi Əbdülxaliq Tələt hadisə ilə bağlı istintaqın başladığını deyib.
Türkiyə Xarici işlər nazirliyi isə yaydığı bəyanatda Baş Konsulluğun əməkdaşının hücumda həlak olduğunu təsdiqləyib.

Xəbər lenti
0