Pompeodan "S-400" açıqlaması: “Türkiyə “cəzalandırılacaq”

© REUTERS / FABRIZIO BENSCHГоссекретарь США Майк Помпео на пресс-конференции
Госсекретарь США Майк Помпео на пресс-конференции - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ dövlət katibi Trampın qanunlara riayət edəcəyinə əmin olduğunu bildirib

BAKI, 15 iyul — Sputnik. "Qanunlar sanksiyaların tətbiqini nəzərdə tutur və prezident Trampın bu qaydalara əməl edəcəyinə əminəm". Sputnik Türkiyə xəbər verir ki, bunu "Washington Post"-a danışan dövlət katibi Mayk Pompeo Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasını şərh edərkən bildirib.

S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Ərdoğan: NATO sevinməlidir ki, "S-400"ləri almışıq

Pompeo vurğulayıb ki, Rusiyadan "S-400"-ləri alan Türkiyəyə yaxın vaxtlarda "cəzalar" tətbiq oluna bilər.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri aldığı üçün rəsmi Ankaraya qarşı sanksiyalar paketi hazırlayıb. ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar paketinin iyulun 16-dan sonra elan olunacağı gözlənilir.

Birləşmiş Ştatlar Türkiyədə 15 iyul - dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümü ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiqini bir qədər ertələyib. Belə ki, rəsmi Vaşinqton sanksiyaların bu hadisə ilə assosiasiya olunmasından ehtiyatlanır.

Qeyd edək ki, Türkiyə Belarus və Çindən sonra Rusiya Federasiyasının "S-400" zenit-raket kompleksləri satdığı üçüncü ölkədir. Yaxın vaxtlarda Hindistanın da bu siyahıya qoşulacağı gözlənilir.

Xatırladaq ki, ötən ay "Bloomberg" nəşri hadisədən məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası Türkiyənin "S-400" zenit-raket komplekslərini alması ilə bağlı rəsmi Ankaraya qarşı artıq iyulda üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirir.

S-400, arxiv şəkli - Sputnik Azərbaycan
Ekspert: "Azərbaycan da "S-400"lər ala bilər"

Agentliyin məlumatına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri arasında müzakirə olunan ən ciddi sanksiyalar paketi onsuz da çətin dövr yaşayan Türkiyə iqtisadiyyatını tamamilə silkələyəcək.

Bundan əlavə, ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir. Bu cür cəzalar şirkətləri ABŞ maliyyə sistemindən ayıracaq ki, bu da sanksiya tətbiq ediləcək Türkiyə şirkətlərinin ABŞ istehsalı olan məhsulları almasını və ya öz məhsullarının ABŞ ərazisində satılmasını mümkünsüz edəcək.

Mənbənin sözlərinə görə, Türkiyəyə qarşı yeni sanksiyalar iyulda, "S-400"lərin bu ölkəyə tədarükünün həyata keçirildiyi ayda tətbiq oluna bilər.

Xəbər lenti
0