Bu dəfə Qazaxıstanın ən böyük şəhəri işıqsız qaldı

© Sputnik / Daniyar DaytalievТранспортные пробки в районе площади Республики в Алматы
Транспортные пробки в районе площади Республики в Алматы - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda araşdırma aparılır, detallar daha sonra açıqlanacaq

BAKI, 15 iyul — Sputnik. Qazaxıstanın ən böyük şəhəri Almatı tamamilə işıqsız qalıb. Bu barədə Sputnik Qazaxıstan bildirib.

Məlumata əsasən, hadisə yerli vaxt ilə saat 14:00-da baş verib. Şəhərdə hazırda heç bir işıqfor işləmir.

Rəsmi orqanlar hadisənin hansı səbəbdən baş verməsini hələki izah edə bilmirlər.

"Hazırda araşdırma aparılır, detallar daha sonra açıqlanacaq", - deyə "Almatıenergosbıt"-dan bildirilib.

Almatı ilə yanaşı Talqra şəhərinin sakinləri də ışıqsız qalıb. Şəhərdə həmçinin mobil rabitənin də işində problemlər yaşanır.

Xəbər lenti
0