SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Rusiya ilə “S-500”lərlə bağlı da saziş imzalayacağıq

© © Cem Oksuz/Presidential Press Office/Handout via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: “S-400” müqaviləsi tariximizdə Rusiya ilə bağlanan ən önəmli sazişlərdən biri

BAKI, 14 iyul - Sputnik. “S-400” müqaviləsi tariximizdə Rusiya ilə bağlanan ən önəmli sazişlərdən biri hesab edilməlidir. Çünki bu, bir ticarət müqaviləsi deyil. Bu mərhələ eyni zamanda bir ortaqlıq və istehsala bərabər keçmə kimi anlaşılmalıdır”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələrinə açıqlaması zamanı bildirib.

Ərdoğan deyib ki, “S-400”ləri almaqla Türkiyə müharibəyə hazırlaşmır, bu sistemin alınması ölkədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub. Türkiyə prezidenti “S-400” sistemləri üzərində nəzarətin tamamilə Türk Silahlı Qüvvələrinin əlində olacağını da vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi professor, doktor Gülnur Aybet - Sputnik Azərbaycan
Ərdoğanın mətbuat katibi: "S-400"-dən sonra "S-500"-ləri almağı düşünürük

Daha sonrakı mərhələdə ortaq istehsal və “S-500”lərlə bağlı Rusiya ilə yeni bir saziş imzalanacağının gözləndiyini də qeyd edib: “Çünki bizə qarşı təhdid mövqeyində olan ölkələr varsa, biz də onlara qarşı müdafiəmizi qurmq məcburiyyətindəyik”.

Prezident həmçinin, “S-400” müqaviləsi ilə əlaqədar rəsmi Vaşinqtonun beşinci nəsil “F-35” döyüş təyyarələri ilə Türkiyəni təmin etməsindən imtina edib-etməyəcəyi məsələsinə də toxunub: “F-35”lər üçün bu günə qədər 1,4 milyard dollar ödənilib. Bu sadə bir məsələ deyil.
Türkiyə “F-35” proqramından çıxarılarsa, onlar ödənilən məbləği qaytarmaq məcburiyyətində qalacaqlar”.

Qeyd edək ki, “S-400” havadan müdafiə sisteminin Türkiyəyə ilk idxalı iyulun 12-dən başlayıb. Ardınca Rusiyanın 3 yük təyyarəsi ilə sözügedən komplekslər Ankaradakı hərbi hava limanına endirilib. Bu gün isə “S-400”sistemilə bağlı Rusiyadan 7-ci daşınma hava limanına daxil olub.

Xəbər lenti
0