Seysmoqramma, arxiv şəkli

Zəlzələ quyusu yoxa çıxdı

46
(Yenilənib 17:33 13.07.2019)
Zəlzələdən sonra əmələ gələn ada yoxa çıxdı

BAKI, 14 iyul — Sputnik. Pakistanda 2013-cü ildə baş verən 7.7 bal gücündəki zəlzələdən sonra yaranan ada yox olub.

  Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Pakistanın Qvadar adlanan bölgəsinin yaxınlığında baş verən zəlzələdən sonra yaranan adaya Zalzala Koh, yəni zəlzələ quyusu adı verilib. Məlumata görə, həmin adanın uzunluğu 40, eni 90, hündürlüyü isə 20 metr olub.

Lakin ABŞ Milli Kosmik Agentliyi (NASA) peykdən əldə edilən son fotolarda adanın yoxa çıxması ilə bağlı məlumat yayıb.

46
Teqlər:
Pakistan, zəlzələ
Tarkan, arxiv şəkli

Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"

31
(Yenilənib 09:57 24.10.2020)
Bu dəfə meqastar Tarkan və müğənni Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim ediliblər.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını qeyd edib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer alıb. Bu dəfə meqastar Tarkan və Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

31
Nəsrin Cavadzadə

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Gəncə terroru ilə bağlı paylaşım edib

80
(Yenilənib 22:45 23.10.2020)
Aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin bir çox məşhur serial və filmlərində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə oktyabr ayının 16-dan 17-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsi ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb.

View this post on Instagram

I am from Azerbaijan and my heart is bleeding. 🇦🇿

A post shared by nesrin cavadzade (@nesrin.cavadzade) on

Aktrisa həmçinin Azərbaycan bayrağı əks olunmuş köynək geyinərək "Yurdum, yuvam, məskənimsən" paylaşımı edib.

80
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

0
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0