Moskva Kremli, arxiv şəkli

Putinə qarşı gizli sövdələşmənin üstü açıldı

163
(Yenilənib 20:59 13.07.2019)
İrəli sürülən ittihamların cəfəngliyinə baxmayaraq, Ağ ev bu informasiyanı yeni sanksiyalar üçün əsas kimi istifadə edir

BAKI, 13 iyul — Sputnik. Amerika və Britaniyanın xüsusi xidmətləri Rusiya Prezidenti Vladimir Putinin yaxınlığındakı şəxslər və Müdafiə Nazirliyi barəsində dezinformasiya hazırlayırlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı  RİA-Novosti-yə hərbi-diplomatik mənbə bildirib. Onun sözlərinə görə, həmin məlumatlardan Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi üçün istifadə olunacaq. Hazırda qərb xüsusi xidmətlərinin təşkil etdiyi anti-Rusiya kampaniyası özünün aktiv fazasındadır.

"İnformasiya məkanında həddən artıq aqressiv addımlar atılır. Artıq gizlədilməyən provokasiya hərəkətləri çərçivəsində Amerika və Britaniyanın xüsusi xidmətlərinin mütəxəssisləri Rusiya rəhbərliyi barədə feyk informasiya hazırlayırlar", - agentliyin müsahibi bildirib.

O deyib ki, ümumi  götürdükdə bu kampaniya "Panamageyt"in (2015-ci ildə ofşorlar barədə qərb KİV-də yayımlanan dosyelərlə bağlı qalmaqal) ssenarisini təkrarlayır: süni olaraq qərbə sərfəli olan informasiya formalaşdırılır, onu Dövlət Departamentinin əlaltıları olan qeyri-kommersiya təşkilatları media sahəsinə ötürürlər. Bunların sırasında mənbə "Korrupsiya və mütəşəkkil cinayətlərin araşdırılması layihəsi" OCCRP)  və "Jurnalist araşdırmalarının beynəlxalq konsorsiumu" (ICIJ) təşkilatlarını qeyd edib.

"Sonra, - mənbə davam edir, - bu feyk xəbərlər KİV-in, eyni zamanda da  amerikalı maliyyəçilərin nəzarəti altında olan media orqanlarının əlinə keçir".

Müsahibin sözlərinə görə, söhbət Corc Soros və Uilyam Brauderdən, həmçinin Amerika hökumətinin açıq-aşkar maliyyələşdirdiyi nəşrlərdən, o cümlədən Rusiyada xarici agentlər kimi qəbul edilən "Azadlıq Radiosu" və "İndiki zaman"dan gedir. 

""Panama dosyesi"ndə olduğu kimi, irəli sürülən ittihamların cəfəngliyinə baxmayaraq, Ağ ev bu informasiyanı yeni sanksiyalar üçün əsas kimi istifadə edir. Bu cür hərəkətlər ölkədəki sabitliyi sarsıtrmaq, onun iqtisadi potensialını azaltmaq və rəhbərliyə təsir göstərmək məqsədilə rıçaq formalaşdırmaq üçün Rusiya Federasiyasının daxili işlərinə birbaşa müdaxilədir", - deyə müsahib fikrini yekunlaşdırıb. 

163
Teqlər:
Böyük Britaniya, ABŞ, Rusiya, Vladimir Putin
Veteran medalı, arxiv şəkli

Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişikoronavirusdan sağaldı

0
(Yenilənib 20:46 11.07.2020)
Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib.

BAKI, 11 iyul — Sputnik. Rusiyanın Yekaterinburq şəhərindəki 40 saylı xəstəxananın həkimləri koronavirusa yoluxmuş 93 yaşlı Böyük Vətən müharibəsi veteranını sağaldıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, klinikada təqaüdçüyə ağciyərlərinin 50 faizinin zədələnməsi ilə ikitərəfli virus sətəlcəmi diaqnozu qoyulub.

Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib. Bundan əlavə o, ahıl yaşlarına görə stasionarda qalmaqdan böyük stress keçiririb.

Lakin həkimlər onu həm COVID-19-dan, həm də sətəlcəmdən tamamilə müalicə edə biliblər.

Veteranın 1927-ci ildə anadan olduğu, müharibə zamanı dəmir yolu qoşunlarında xidmət etdiyi bildirilir. Sonradan karyerasını orduda davam etdirib.

İyulun 6-da Yakutiya xəstəxanasından 97 yaşlı veteranın buraxıldığı barədə məlumat verilib. O da həmçinin koronavirusa yoluxub və ağciyərlərinin 50 faizi zədələnib.

0
Qızıl maska, arxiv şəkli

Pandemiyadan belə qazanmaq olar: brilyantlarla bəzədilmiş qoruyucu maskalar satılır

3
(Yenilənib 20:29 11.07.2020)
Sarı qızıl və Amerika brilyantları ilə bəzədilmiş maskanın qiyməti 1995 dollardır. Digər bir maskanın dəyəri isə 5322 dollar təşkil edir.

BAKI, 11 iyul — Sputnik. Hindistanın Surat şəhərində (Qucarat ştatı) zərgərlik mağazası koronavirus pandemiyası fonunda brilyantlarla bəzədilmiş qoruyucu maskalar satır.

Sputnik Azərbaycan yerli ANI agentliyinə istinadən xəbər verir ki, maskaların qiyməti iki-beş min dollar arasında dəyişir.

Mağazanın sahibi Dipak Çoksi agentliyə bildirib ki, maskaları brilyantlarla bəzəmək ideyası karantindən sonra toyu keçiriləcək şəxsin mağazaya gəlməsindən sonra yaranıb. Müştəri gəlin və bəy üçün "unikal" maskalar hazırlamağı xahiş edib.

"Dizaynerlərimizə maskaları hazırlamağı tapşırdıq. Həmin müştəri onları satın aldı. Bundan sonra biz belə maskaların geniş çeşidini istehsal etdik. Sarı qızıl və Amerika brilyantları ilə bəzədilmiş maska var. Onun qiyməti 150 min rupidir (1995 dollar). Digər bir maska ağ qızıl və əsl brilyantlardan hazırlanır. Onun dəyəri 400 min rupi (5322 dollar) təşkil edir", - Dipak Çoksi bildirib.

​Onun sözlərinə görə, bu maskaların əsasını təşkil edən parça qoruyucu məhsulların istehsalı üçün normalara uyğun gəlir. Maskalarda istifadə olunan brilyantlar və qızıl müştərinin istəyinə uyğun olaraq çıxarıla və onlardan digər bəzək əşyaları istehsal edə bilər.

Mağazanın qadın müştərilərindən biri toy üçün adi bəzək əşyaları deyil, məhz brilyantlarla bəzədilmiş maskanı almağa üstünlük verib.

"Mən qərar verdim ki, onu alım, çünki paltarıma uyğun gəlir", - müştəri əlavə edib.

3