Kabildə hüquq mühafizə orqanının əməkdaşları

Əfqanıstanda otelə hücum çəkənləri məhv etdilər

21
(Yenilənib 20:20 13.07.2019)
Əməliyyat zamanı ən azı 8 əsgər həlak olub, 7 nəfər yaralanıb

BAKI, 13 iyul — Sputnik. Əfqanıstanın təhlükəsizlik qüvvələri Kalayi-Nau şəhərində mehmanxanaya basqın edən terrorçuları zərərsizləəşdiriblər.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəbəri  Tolo News telekanalı yayıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimi deyib ki, əsgərlər 3 terrorçunu məhv ediblər, daha iki nəfər isə saxlanılıb. Əməliyyat zamanı ən azı 8 əsgər həlak olub, 7 nəfər yaralanıb. 

Bu gün Əfqanıstanın Badgis əyalətində yerləşən otələ yerli vaxtla 12:40-da bir neçə şəxs hücum edib. "Taliban" qruplaşması hücuma görə məsuliyyəti boynuna götürüb.

21