Ukrayna Silahlı Qüvvələrinin desant-hücum qoşunlarının komandanı Mixail Zabrodski Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ilə, arxiv şəkli

Parad olacaq: Ukraynalı general Zelenskiyə qarşı çıxdı

57
(Yenilənib 23:14 11.07.2019)
"Parad bizim ölkəmizə və bizim hərbçilərimizə lazımdır. O olacaq!"

BAKI, 11 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin desant-hücum qoşunlarının komandanı Mixail Zabrodski bildirib ki, ölkə prezidenti Vladimir Zelenskinin qərarına baxmayaraq, Ukraynanın Müstəqillik günü ilə bağlı hərbi parad keçiriləcək. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

O, vurğulayıb ki, sosial şəbəkələrdə hərbi parad keçirilməsi ilə bağlı çağırışları görüb.

"Parad – siyasət deyil. Orada iştirak etmək böyük şərəfdir. Parad bizim ölkəmizə və bizim hərbçilərimizə lazımdır. O olacaq!" - deyə Zabrodski bildirib.

Qeyd olunur ki, Zabrodski Pyotr Poroşenkonun "Avropa Həmrəyliyi" partiyasından deputatlığa namizəddir.

Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy ləğv olunmasına baxmayaraq, hərbçiləri Kiyevdə parad keçirməyə çağırıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski hər il avqustun 24-də ölkədə Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradı ləğv edib.

"Adətən avqustun 24-də, Ukraynanın Müstəqillik günündə bizdə cah-cəlallı və bahalı olmayan hərbi parad keçirilir. Mənə elə gəlir ki, bu il bu paradın əvəzinə bu pulları bizim qəhrəmanlara, hərbçilərə ayırsaq daha yaxşıdır və biz bütün hərbçilərimizə 300 milyon qriven (19925207.31 AZN) ayırmağa qərar verdik", - lider videoda deyib.

Zelenski qeyd edib ki, ödənişləri kursantlar, serjantlar, zabitlər, yəni Donbasda hərbi əməliyyatlar zonasında tapşırıqları yerinə yetirən bütün hərbi qulluqçular alacaqlar. O, əlavə edib ki, avqustun 24-də Kiyev Müstəqillik gününü yeni formatda qeyd edəcək.

57
İdlibdə Türkiyə hərbi konvoyu, arxiv şəkli

Türkiyə mindən çox terrorçunu zərərsizləşdirdi

0
(Yenilənib 19:36 25.05.2020)
Türkiyə Silahlı Qüvvələri bu mübarizəsini ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlı şəkildə davam etdirəcək

BAKI, 25 may — Sputnik. Türkiyə 2020-ci ilin yanvarın birindən bəri keçirdiyi hərbi əməliyyatlar zamanı 1458 terrorçunu zərərsizləşdirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"Yanvarın birindən İraqın, Suriyanın şimalında terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 1458 terrorist zərərsizləşdirilib. Mübarizəmiz sərt şəkildə davam edir", - deyə Müdafiə naziri qeyd edib.

O həmçinin vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri bu mübarizəsini ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlı şəkildə davam etdiriləcək.

 

0
Belarus prezidenti Aleksandr Lukaşenko

Azərbaycanın əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam - Lukaşenko

7
Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram - Aleksandr Lukaşenko

BAKI, 25 may — Sputnik. "Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam. Ölkənizin iqtisadi, sosial və digər sahələrdə nümayiş etdirdiyi sanballı nailiyyətlər beynəlxalq aləmdə etiraf edilib və dövlətinizin dünya arenasında mövqelərinin möhkəmlənməsinə şərait yaradıb. Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözlər Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alır.

"Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli əlaqələrin möhkəmlənməsinə Sizin sanballı töhfəniz ölkələrimizin əhalisinin rifahı naminə ikitərəfli əməkdaşlıq potensialını reallaşdırmağa kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi, yeni uğurlar və nailiyyətlər, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm", - A.Lukaşenko yazıb.

7
Əlaqədar
Donald Tramp: "Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır"
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
Böyük Britaniya kraliçası Azərbaycanı təbrik etdi
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Vladimir Putin