Mıtişşi İstilik Elektrik Stansiyasında yanğın

Rusiyada elektrik stansiyasında qəza - ölən yaralılar var

14
(Yenilənib 17:52 11.07.2019)
Yaralılardan 12-nə hadisə yerində yardım edilib, 1-i isə helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

BAKI, 11 iyul — Sputnik. Rusiyanın Moskva vilayətinin Mıtişşi rayonunda yerləşən İstilik Elektrik Stansiyasında (İES -27) yanğın baş verib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata əsasən, həlak olan şəxs İES-də gözətçi işləyən qadındır.

Yaralılardan 12-nə hadisə yerində yardım edilib, 1-i isə helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

Yanğının stansiyaya məxsus qaz borusundan sızma nəticəsində meydana gəldiyi bildirilib. Hazırda hadisə yerində xilasedicilər işləyirlər.

14
Teqlər:
Rusiya, yanğın