İran bayrağı, arxiv şəkli

İran rəsmisi nüvə sazişindən danışdı: “Yenidən baxıla bilməz”

6
(Yenilənib 15:39 11.07.2019)
"Sazişin hər bir üzvü öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir"

BAKI, 11 iyul — Sputnik. “Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə yenidən baxılması mümkün deyil”.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) daimi təmsilçisi Kazım Qərib Abadi çərşənbə günü ABŞ-ın tələbi əsasında keçirilmiş BAEA İdarəçiləri Şurasının xüsusi sessiyasından sonra deyib.

"Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə yenidən baxılması mümkün deyil. Bu sazişin üzərində 10 il işləmişik. Hətta digər ölkələr, sazişin digər üzvləri ona yenidən baxmağa hazır deyil", - Abadi deyib.

"Sazişin hər bir üzvü öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir", - İran rəsmisi vurğulayıb.

İyulun 8-si Tehran nüvə razılaşması çərçivəsində öhdəliklərinin azaldılmasının ikinci mərhələsinə start verdiyini elan edib. İran bu addımını razılaşmaya üzv digər ölkələrin onun tələblərini yerinə yetirməmələri ilə izah edib. Sözügedən tələblər ölkənin iqtisadi maraqlarını əhatə edirdi.

6