Pakistanda dəhşətli qəza: Yük qatarı sərnişin qatarına girdi

© Sputnik / Valery Melnikov / Mediabanka keçidQatar toqquşması
Qatar toqquşması - Sputnik Azərbaycan
Abunə olmaq
Dəhşətli qəza nəticəsində xeyli ölən və yaralanan var

BAKI, 11 iyul — Sputnik. Pakistanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 13 nəfər ölüb, 67 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Pəncab əyalətində baş verib.

Pakistanın Kvetta şəhərindən Lahora sərnişin daşıyan qatar Rəhimyar-Xar şəhərində dayanmış qatara çarpılıb. İlkin məlumata görə, sərnişin qatarı öz yolu ilə hərəkət etmirmiş.

Xəsarət alanların 11-i uşaqdır.

Ölənlərin sayının artacağı istisna deyil. Hadisənin səbəbi araşdırılır.

Xəbər lenti
0