Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan onu əvvəlcə işdən çıxardı, sonra "günah keçisi" etdi

17
(Yenilənib 14:39 11.07.2019)
Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Mərkəzi Bankın sədri Murad Çətinkaya istefaya göndərilib

BAKI, 11 iyul — Sputnik. "Türkiyə Mərkəzi Bankının sabiq sədri Murad Çətinkaya hökumətin qərarlarını icra etməyib". Sputnik Azərbaycan "Yeni Akit" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Mərkəzi Bankının rəhbərliyində dəyişiklik məcburi addım olub: "Mərkəzi Bankının günahı üzündən Türkiyədə hələ də infilyasiya davam edir".

Xatırladaq ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Mərkəzi Bankın sədri Murad Çətinkaya istefaya göndərilib.

Çətinkayanın yerinə onun müavini Murat Uysal təyin olunub.

Uysal 2016-cı ildən Çətinkayanın müavini olub.

1971-ci ildə İstanbulda dünyaya gələn Murad Uysal, Galatasaray liseyindən sonra İstanbul Universitetinin İqtisad fakültəsində təhsil alıb.

17