Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov

Rusiyalı general Bakıda NATO komandanı ilə görüşdü

35
(Yenilənib 19:15 10.07.2019)
Tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər

BAKI, 10 iyul — Sputnik. Bakıda Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüş keçirilib.

Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolterslə görüşüb
Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolterslə görüşüb

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, Avropada və dünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparıldığı bildirilir.

35