Koçaryana Koçaryanla görüşməyə imkan vermədilər

© Sputnik / Aram NersesyanСедрак Кочарян в зале суда перед началом заседания
Седрак Кочарян в зале суда перед началом заседания - Sputnik Azərbaycan
Abunə olmaq
Bu problemi məhkəmə vasitəsilə həll edəcəklər

BAKI, 10 iyul — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryana atası ilə görüşməyə imkan verilmir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın sabiq prezidentinin vəkili Ayk Alumyan bildirib.

"Hazırda Koçaryanın yaxınlarına onunla görüşməyə imkan verilmir. Məsələn, onun oğlu Sedrak Koçaryana atasına baş çəkməyə icazə vermədilər" - deyə Alumyan bildirib.

Премьер-министр Армении Никол Пашинян на торжественном заседании в Генпрокуратуре (1 июля 2018). Еревaн - Sputnik Azərbaycan
TƏHLİL
Ermənistan siyasətində qarışıqlıq: Paşinyan Qarabağla bağlı şərtlərindən geri çəkilir

O, əlavə edib ki, bu problemi məhkəmə vasitəsilə həll edəcəklər.

Vəkil qeyd edib ki, Koçaryanı ziyarətlə bağlı problemlər hələ ilin əvvəlindən başlayıb. Koçaryanın qohumlarına yeni ilin bayram günlərində ona ziyarət etməyə imkan verilməyib.

Qeyd edək ki, iyunun 25-i Ermənistanın Apelyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbsdən azadlığa buraxılması haqqında qərarı ləğv edərək, onun həbsi barədə qərar çıxarıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olan Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Moskva qərar verdi, Ermənistan satılan qazın qiyməti artırılır

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də isə Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad etmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Koçaryan bəyanatla çıxış edərək, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın 2008-ci ilin martında İrəvanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıdığını bildirmişdi.

"Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm", - deyə Koçaryan bildirib.

Xəbər lenti
0