Люди проходят мимо настенной росписи вдоль стены бывшего посольства США в иранской столице Тегеране

AEBA da təsdiqlədi: İran həddi keçib

91
(Yenilənib 13:08 09.07.2019)
Avropa İttifaqı (Aİ) isə Tehranın bu niyyətindən narahat olduğunu bildirib

BAKI, 9 iyul — Sputnik. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın 2015-ci ildə bağlanan nüvə razılaşması üzrə nəzərdə tutulmuş həddi keçdiyini etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bunu AEBA-nın İcraçı direktoru Yukiya Amano bildirib.

Qeyd edək ki, daha əvvəl yerli KİV məlumat yayıb ki, İslam respublikası uranın zənginləşməsində 20%-lik həddi keçə bilər ki, bu da sazişdə göstərilən həddən 5% yüksəkdir.

Avropa İttifaqı (Aİ) isə Tehranın bu niyyətindən narahat olduğunu bildirib.

Aİ-nin xarici siyasət üzrə idarəsinin rəsmi təmsilçisi Mayya Kosyançiç isə İranı nüvə proqramı çərçivəsində razılaşmaları pozmamağa çağırıb.

Rəsmi Tehran isə öz növbəsində bəyan edir ki, o, nüvə razılaşmasına əməl etməyə cəhd edir, onun addımları isə avropalı tərəfdaşlarını öz öhdəliklərini yerinə yetirməyə vadar etməyə yönəlib.

Xatırladaq ki, İranın az zənginləşdirilmiş uran limitini keçmək qərarından sonra ABŞ Prezidenti Donald Tramp ötən cümə axşamı Tehranı hədələyib. O, Tehranın qərarına tvitlərindən birində belə bir reaksiya verib: "İran indicə yeni xəbərdarlıq verdi. Ruhani (İran Prezidenti Həsən Ruhani - red.) deyir ki, yeni nüvə razılaşması olmasa, onlar uranı "istədikləri səviyyədə" zənginləşdirəcəklər. Təhdidlərində ehtiyatlı ol, İran! O təhdidlər geri qayıdıb sənə daha öncə heç kəsin görmədiyi bir zərbəni vura bilər".

91
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

1
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

1
Amerikalı aktyor Tom Kruz, arxiv şəkli

Sənət qurban tələb edir - 111 illik körpünü partladacaqlar

3
"Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

BAKI, 13 avqust — Sputnik. Tom Kruzun baş rolda çəkildiyi "Çətin tapşırıq 7" ("Mission Impossible 7") filminin yaradıcı heyəti ekran işi üçün 111 il əvvəl Polşanın Pilxovice kəndində inşa edilmiş körpünü partlatmaq istəyir.

Hakimiyyət artıq buna razılıq versə də, yerli sakinlər qərarın əleyhinə çıxırlar.

Polşa mədəniyyət nazirinin müavini Pavel Levandovskinin sözlərinə görə, körpü artıq istismardan çıxıb və heç bir tarixi dəyər daşımır. Onun fikrincə, çəkilişlərdə körpüdən istifadə dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb edə bilər.

Xatırladaq ki, "Paramount Pictures" kino şirkəti fevral ayında çəkilişləri dayandırmışdı. Bu addımı Appenin yarımadasında yayılan koronavirus səbəbindən atmışdı. "Çətin Tapşırıq 7" ("Mission Impossible 7") filminin İtaliyanın Venesiya şəhərindəki çəkilişləri zamanı baş rolun ifaçısı ilə yanaşı, digər aktyorlar da koronavirus şübhəsi ilə karantinə götürülmüşdü. Hollivud ulduzu Tom Kruzun baş rolda yer aldığı filmin bəzi səhnələri Venesiyada lentə alınmalı idi. Plana uyğun olaraq çəkiliş qrupu Venesiyada üç həftə keçirməli idi.

Qeyd edək ki, "Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

3