İnquşetiyanın sabiq rəhbəri Yunus-Bek Yevkurov, arxiv şəkli

Respublikadan imtina etdi, nazir müavini oldu

82
(Yenilənib 17:37 08.07.2019)
İyunun 24-də istefa vermişdi, bu gün nazir müavini oldu

BAKI, 8 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin İnquşetiyanın sabiq rəhbəri Yunus-Bek Yevkurovu müdafiə nazirinin müavini təyin edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Yevkurova, həmçinin general-leytenant rütbəsi verilib.

Qeyd edək ki, Yevkurov iyunun 24-ü istefa verdiyini bəyan edib. O, bunu respublikanın milli televiziyası ilə yayımlanan müraciətində deyib.

Yunus-Bek Yevkurov 2008-ci ildən İnquşetiyaya rəhbərlik edib. O, öz addımını cəmiyyətdə birliyin olmaması, respublika və şəxsi maraqlar arasında seçim etmək məcburiyyətində qalması ilə izah edib.

İyunun 26-sı Rusiya Prezidenti Vladimir Putin Yunus-Bek Yevkurovun istefasını qəbul edib, onun əvəzinə isə müvəqqəti olaraq Mahmud-Əli Kəlimətovu təyin edib. Kəlimətov əvvəllər Təbii sərvətlərin istifadəsinə nəzarət üzrə federal xidmətin ("Rosprirodnadzor") Samara vilayəti üzrə idarəsinin rəisi olub.

82
Əlaqədar
Gözlənilməz istefa: Respublika başçısı xalqa müraciət etdi - VİDEO