Stiv Cobsun "ovsunları" - texnologiya dahisi "ölü"ləri necə dirildirmiş

© AP Photo / Paul SakumaApple CEO Steve Jobs introduces iCloud during a keynote address to the Apple Worldwide Developers Conference in San Francisco, Monday, June 6, 2011
Apple CEO Steve Jobs introduces iCloud during a keynote address to the Apple Worldwide Developers Conference in San Francisco, Monday, June 6, 2011 - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən xırda sehrbaz olduğum üçün mənə ovsunlar təsir etmir", - Bill Geyts

BAKI, 8 iyul — Sputnik. Bill Geyts Stiv Cobsun "ovsunları" barədə danışıb.

"Amerikanın "Apple" şirkəti mərhum banisi Stiv Cobsun "sehrli kəlmə"lərinin hesabına uğur qazanıb". Sputnik Azərbaycan Bloomberg-ə istinadən bildirir ki, bunu "Microsoft"un yaradıcılarından biri Billi Geyts  CNN telekanalının efirində deyib.

Apple iPhone 5s - Sputnik Azərbaycan
Apple şirkətindən köhnə telefonu olanlara bəd xəbər

Geytsin sözlərinə görə, Cobs ovsunlarının sayəsində istənilən "ölü" şirkəti dünyanın ən bahalı firmasına çevirirmiş. Özünü isə Geyts "kiçik sehrbaz" adlandırıb: "Mən isə sanki kiçik sehrbaz idim, çünki o, ovsunları oxuyur, mən isə insanların necə valeh olduqlarını görürdüm. Ancaq mən xırda sehrbaz olduğum üçün mənə ovsunlar təsir etmir". 

Uzun illər "Apple" ilə rəqabət aparan Geyts həmçinin bildirib ki, Stiv Cobs kimi istedadlı və əzmli ikinci bir insana rast gəlməyib. Misal olaraq o, 1980-ci illəri misal gətirib. Həmin vaxt Cobsun rəhbəri olduğu "NeXt" şirkəti 1 il ərzində bir dənə də olsun kompüter sata bilməmişdi. Buna baxmayaraq, biznesmen təslim olmamış, nəhayət 1997-ci ildə "Apple" "NeXT"i almışdı.

Xəbər lenti
0