Şimal axını-2 qaz kəməri üçün boru istehsalı

Avropadan Türkiyə ilə Rusiyaya zərbə

346
(Yenilənib 18:24 07.07.2019)
ABŞ, Litva və Kanada parlamentariləri birləşərək ATƏT-in qətnaməsinə iki iri enerji layihəsini pisləyən düşəliş verdiriblər

BAKI, 7 iyul — Sputnik. ATƏT-in Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik üzrə komitəsi "Şimal axını-2" və "Türk axını" layihələrini enerji resurslarının idxalından asılı dövlətləri siyasi və iqtisadi cəhətdən potensial asılı vəziyyətə salma aləti kimi qiymətləndirən qətnamə qəbul edib. Müvafiq dəyişiklikləri ABŞ-dan olan parlamentarilər sənədə daxil ediblər.

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, "ATƏT regionunda enerji təhlükəsizliyi" qətnaməsinin müəllifi Litvadan olan parlamentari Ruta Milyutedir.

Sənəddə "korrupsiya təcrübəsi, xüsusilə də enerji sektorunda işləyən dövlət monopoliyaları sahəsində hökm sürən rüşvətxorluq"dan narahatlıq bildirilir, həmçinin enerji resurslarını ixrac, idxal edən və onların tranzitini reallaşdıran ölkələr arasında dialoqun inkişaf etdirilməsinin vacibliyi vurğulanır.

Qətnamə ATƏT-ə üzv ölkələrin hökumətlərini enerji resurslarından onların ixracından asılı ölkələrə təsir və ya itaət aləti kimi istifadə etməkdən çəkindirir.

ABŞ parlamentariləri Litva və Kanadadan olan bir neçə həmkarları ilə birlikdə sənədə ""Şimal axını-2" və "Türk axını" layihələrinin  enerji resurslarının idxalından asılı olan üzv ölkələrə potensial siyasi və iqtisadi təsir aləti olmasından xüsusi narahatlıqlarını əks etdirən"  düzəliş ediblər.

"Söhbət (enerji resurslarının) bir mənbəsinə olan istinadın artmasından gedir. Mərkəzi və Şərqi Avropadan olan dostlarımız bundan ziyan çəkə bilərlər. Bu, regionda korrupsiyanın artmasına və stabilliyin pozulmasına gətirib çıxara bilər. Ukraynanın indicə çıxış etdiyi kimi, axının uzadılması ilə bağlı bir sıra nəticələr meydana çıxa bilər. "Türk axını" Rusiyanın başqa ölkələrə təsir imkanını gücləndirir və bunun mənfi nəticələri ola bilər. 

Biz Rusiyaya Avropanın öz enerjisindən asılılığını dramatik surətdə çoxaltmasına imkan verə bilmərik. Hesab edirik ki, demokratik institutlar "Şimal axını-2" və "Türk axını" ilə bağlı enerji tədarükünün girovuna çevrilməməlidirlər. Bütün həmkarlarımı bu düzəlişi dəstəkləməyə dəvət edirəm", - ABŞ konqresmeni Li Zeldin bəyan edib.

Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyayadək ildə 55 milyard kub metr ötürücülüyə malik iki qaz xəttinin tikilməsini nəzərdə tutur.

Türkiyə nümayəndə heyəti öz növbəsində düzəlişə etiraz edib, çünki qaz tədarükü "Türk axını"na qoşulmaqda sərbəst qərar verməli olan ölkələr arasında razılaşmaların nəticəsindən asılı olacaq.

Komitə düzəlişlıəri nəzərə alaraq qətnaməni qəbul edib.

346
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

4
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

4
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

2
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

2