Alman polisi, arxiv şəkli

Avropa Mərkəzi Bankı bomba üstündə oturub

33
(Yenilənib 16:25 07.07.2019)
Bombaya görə Almaniyanın ən böyük aeroportunun iş rejimi dəyişib, pilotlara yolu dəyişmək əmr olunub

BAKI, 7 iyul — Sputnik. Almaniyanın Frankfurt-Mayna şəhərində 16 min insan təxliyə edilib.

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, İkinci Dünya müharibəsi zamanından qalan bombanın zərərsizləşdirilməsi zamanı insanların xəsarət almaması üçün onlar ərazidən uzaqlaşdırılıblar.

"Welt" nəşrinin məlumatına görə, 500 kq ağırlıqda bomba Avropa Mərkəzi Bankının yanında tikinti işləri aparılan zaman aşkarlanıb. Zərərsizləşdirmə üçün hazırlıq prosesi bir neçə gün  çəkib.

​Təxliyə şənbə günü səhər saatlarında başlayıb. Yerli vaxtla bu gün səhər 8:00 üçün evakuasiya zonasındakı bütün sakinlərə evlərini tərk etmək göstərişi verilib.

Məcburi təxliyə şəhərlərarası hərəkətə də təsir göstərib: qatarlar yollarını dəyişməli olub, bu da 40 dəqiqəlik gecikmələr yaradıb. Tramvay və avtobusların hərəkəti də məhdudlaşıb. Almaniyanın ən böyük aeroportunun iş rejimi də dəyişib: hava məkanında hərəkət məhdudlaşdırılıb, pilotlara təxliyə zonasından yan keçmək tapşırılıb.

33