Məşhur anonim küçə rəssamı Benksiyə aid rəsm, arxiv şəkli

Hər kəsdən gizlənən rəssamın kim olduğu üzə çıxdı

22
(Yenilənib 21:02 05.07.2019)
Müsahibə zamanı üzü qismən bağlı olan rəssamın Benksi olduğu güman edilir

BAKI, 6 iyul — Sputnik. Məşhur anonim küçə rəssamı Benksiyə ("Banksy") aid olduğu ehtimal edilən köhnə müsahibə tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, 2003-cü ilə aid olan müsahibəni "ITV News" telekanalı öz arxivlərində aşkar edib.

Müsahibə zamanı üzü qismən bağlı olan rəssamın Benksi olduğu güman edilir, çünki kadrlardan onun divarda qara rəngdə həşərat şəklini çəkdiyini və hərfli kublardan "kill more" ("daha çox öldür") sözlərini yığan uşaq qraffitisi üzərində işlədiyini görmək olar.

Hər iki iş sonradan Benksinin sərgilərində nümayiş olunub.

Arxivdə 16 il qalmış müsahibənin görüntülərini bu yaxınlarda "ITV News" telekanalının müxbiri Robert Merfi rəssam haqqında məlumat toplayarkən tapıb.

 

22