"Kömür kralı" vertolyot qəzasında həlak oldu

© AP Photo / WILFREDO LEEBaham adaları üzərində helikopter, arxiv şəkli
Baham adaları üzərində helikopter, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin verdiyi açıqlamaya görə, amerikalı sərnişinləri Floridaya daşıyan vertolyot Qrand Key adasından qalxandan qısa müddət sonra radarlardan itib

BAKI, 5 iyul — Sputnik. Baham adaları yaxınlığında vertolyotun düşməsi nəticəsində 7 amerikalı həyatını itirib.

Sputnik Azərbaycan "CNN"ə istinadən xəbər verir ki, ölənlər arasında "kömür kralı" kimi tanınan amerikalı milyarder Kris Klayn (Chris Cline) da olub.

© © Kris Klaynın sosial şəbəkədə paylaşımıKris Klayn
Kömür kralı vertolyot qəzasında həlak oldu - Sputnik Azərbaycan
Kris Klayn

Baham adaları polisinin verdiyi açıqlamaya görə, amerikalı sərnişinləri Floridaya daşıyan vertolyot Qrand Key adasından qalxandan qısa müddət sonra radarlardan itib.

Polis qəzada 4 qadın və 3 kişinin həyatını itirdiyini təsdiqləyib.

Qəzanın səbəbləri hələ də bilinmir. Hadisə ilə bağlı istintaq başlayıb.

Xəbər lenti
0